/ / “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
11.10.2018 [08:34]
Oktyabrın 10-da Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin jurnalistlər arasında “Azərbaycan qadını: tarixilik və müasirlik” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə təşkil edilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, müsabiqənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınların rolunu, verdikləri töhfələri araşdırmaq olub. Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan qadınlarına seçki hüququ verilməsinin 100 illiyi münasibətilə bir sıra tədbirlər keçirir. Bu, xalqımızın inkişafında və dövlətçilik ənənələrinin yaradılmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlərimiz qarşısında mənəvi borcdur. Müsabiqə iştirakçıları ötən 100 ildə Azərbaycan qadın hərəkatı tarixində silinməz izlər qoymuş, cəmiyyətdə yüksək nüfuz qazanmış, həyat və fəaliyyətləri ilə daim xatirələrdə yaşayan qadınlarımız haqqında məqalələr təqdim ediblər. Müsabiqəyə 50-yə yaxın yazı təqdim olunub. Yazılar məzmununa, tarixi məlumatlara və faktlara, peşəkarlıq səviyyəsinə, oxucu üçün mövzunun əhəmiyyəti və informasiyalılıq dərəcəsinə görə qiymətləndirilib.
Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi geniş əhatəli fəaliyyəti ilə yanaşı, həm də tariximizdə iz qoyan qadınların rolunu araşdırır. Bu təqdirəlayiq fəaliyyət nəticəsində “Cümhuriyyətə işıq saçan qadınlar” adlı maraqlı bir kitab ərsəyə gəlib.
Sona Vəliyeva Ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətdəki fəaliyyətinə hər zaman xüsusi önəm verdiyini bildirib. Əlavə edib ki, Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda qadınların cəmiyyətdə və dövlətin inkişafında rolunun artırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyuldu. Ulu öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq və zəruri hal kimi qiymətləndirib. O qeyd edib ki, bu cür tədbirlərin, müsabiqələrin keçirilməsi gənclərdə yaradıcılığa, elmi fəaliyyətə həvəs oyadacaq.
Günel Anarqızı deyib: “Müsabiqəyə təqdim olunan yazılardan görünür ki, iştirakçılar mövzuya çox diqqətlə yanaşıb, maraqlı faktlar araşdırıb üzə çıxarıblar. Tarixboyu fəal Azərbaycan qadınları saysız-hesabsız olub, onların həm bədii ədəbiyyatımızda, həm mədəniyyətimizdə, həm də elm tariximizdə gördükləri işlər hamımıza məlumdur”.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

