Bakcell özünün “Ulduzum” partnyorunu xaricə səyahətlə mükafatlandırıb
27.10.2018 [10:22]
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “Ulduzum” proqramının partnyorları ilə əməkdaşlığa verdiyi yüksək dəyərin ifadəsi olaraq onları növbəti dəfə mükafatlandırıb.
Şirkət abunəçilərinə geniş çeşiddə xidmətlər, unikal fürsətlər və endirimlər təklif etməklə yanaşı, “Ulduzum” partnyorlarını da daim diqqət mərkəzində saxlayır.
2016-cı ildən etibarən müxtəlif xidmət və satış mərkəzlərində bu loyallıq proqramının “səfiri” rolunu oynayan partnyor şəbəkəsinin üzvləri üçün xüsusi stimullaşdırıcı proqram həyata keçirilir. Proqram iştirakçıları hər dəfə “Ulduzum”dan istifadə edərkən qazandıqları xalları xüsusi internet portalında hədiyyələrə dəyişə bilirlər. Beləliklə, 133 partnyorun müştərisi olan 900-dən artıq insan bu proqram vasitəsilə “Bakcell”dən dəyərli hədiyyələr qazanıb.
Bundan əlavə, stimullaşdırıcı proqrama qoşulanlar xüsusi kampaniyada iştirak edərək Dubaya səyahət, iPhone smartfonu və digər xüsusi hədiyyələr qazanmaq şansı əldə ediblər.
Nəticədə, FLO ayaqqabı dükanları şəbəkəsinin nümayəndəsi Tahir Uzunalov kampaniyanın əsas prizi olan Dubaya səyahət paketi əldə edib. Səyahət paketinə viza, təyyarə biletləri, otel xərcləri, səyahət sığortası və Birləşmiş Ərəb Əmirliklərində interaktiv turlar daxildir.
“Partnyor şəbəkəsinin nümayəndələri üçün təşkil olunmuş bu gözəl kampaniyaya görə Bakcell şirkətinə və “Ulduzum” proqramına dərin təşəkkürümü bildirirəm. Bu kampaniya göstərir ki, “Ulduzum” təkcə müştərilərin yox, proqramın bütün tərəfdaşlarının qayğısına qalır”, - deyə Tahir Uzunalov bildirib.
“FLO mağazalar şəbəkəsi 2016-cı ildən etibarən “Ulduzum” istifadəçiləri üçün xüsusi endirimlərdən yararlanmaq imkanını təmin edir. FLO mağazalarının müştəriləri bizim “Ulduzum”la əməkdaşlığımızdan çox məmnundular. Bu əməkdaşlıq sayəsində biz müştəri loyallığının gözəçarpan dərəcədə artırılması və çoxlu yeni müştərilərin əldə edilməsinə nail olduq”, - deyə FLO mağazalar şəbəkəsinin Brend Meneceri Əkbər Adıgözəlov bildirib.
Bu günə kimi Bakcell abunəçilərinin 3 milyona yaxını 250-dən artıq “Ulduzum” tərəfdaşının təqdim etdiyi xidmətlərdən yararlanmaq üçün bu proqrama qoşulub. Bu prorqam Bakcell abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az ssəhifəsində əldə oluna bilər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

