Hazırda dünyada təxminən 1 milyard insan könüllü olaraq fəaliyyət göstərir
06.12.2018 [09:51]
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, o cümlədən BMT-nin Könüllülər Proqramı, ADA Universiteti və “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, şirkət rəhbərləri və könüllülər iştirak ediblər.
Forumda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə könüllülük ideyasının ali təhsil müəssisəsinin tədris proqramında əsas sütünlardan biri olduğunu deyib. Prorektor müxtəlif təşəbbüslər vasitəsilə tələbələrə könüllük, sosial məsuliyyət, aktiv vətəndaşlıq ideyasının aşılandığını bildirib. O, universitetin könüllülərinin il ərzində 40-a yaxın layihədə iştirak etdiyini diqqətə çatdırıb. Prorektor könüllülük prinsipinin inkişaf etdirilməsi üçün bütün təşkilatların və qurumların əməkdaşlığının vacibliyini vurğulayıb. F.İsmayılzadə könüllük hərəkatının daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, dəstək olan qurumlara təşəkkür edib.
Sonra “ASAN xidmət”də könüllülərin 5 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev könüllülük hərəkatını insani dəyərlər aşılayan, vətəndaşlara kömək məqsədi daşıyan nəcib fəaliyyət adlandırıb.
Ü.Mehdiyev, həmçinin deyib: “Azərbaycanda hər zaman könüllülük fəaliyyəti mövcud olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra yaradılan gənclər təşkilatlarının fəaliyyətini könüllülük kimi qiymətləndirmək olar. Lakin könüllülük hərəkatının kütləvi xarakter almasında gənclərin “ASAN xidmət” mərkəzlərində vətəndaşlara könüllü xidmət etməsinin rolu böyükdür. Hazırda “ASAN xidmət”də 17 mindən çox könüllü var. Bununla yanaşı, onların təşkilatı da fəaliyyət göstərir. Onlar bu günədək 500-dən çox tədbir həyata keçirib, müxtəlif mövzularda layihələr icra edib, maarifləndirmə işləri aparıblar. Ölkəmizdə gənclərə xüsusi diqqət yetirilir, onlara dəstək məqsədilə müxtəlif tədbirlər görülür. “ASAN xidmət” gəncləri də onlara göstərilən qayğıdan yararlanırlar. Agentlik olaraq biz də onların təşəbbüslərinə hər zaman dəstək olmağa çalışmışıq”.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bu günün təmsil etdiyi qurumun 1985-ci ildə qəbul etdiyi qətnamədən sonra təsis olunduğunu diqqətə çatdırıb. O bildirib ki, hazırda dünyada təxminən 1 milyard insan könüllü olaraq fəaliyyət göstərir. Qurumun təmsilçisi təbii fəlakətlər, iqtisadi çətinliklər və siyasi təlatümlər zamanı cəmiyyətlərdə dayanıqlığın gücləndirilməsi istiqamətində könüllülərin rolunu xüsusi qeyd edib. Azərbaycan könüllülərinin fəaliyyətini yüksək qiymətləndirən Q.İshaqzai onlara uğurlar arzulayıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışı zamanı Azərbaycanda könüllülük hərəkatının böyük nailiyyətlər əldə etdiyini bildirib. Nazir müavini qeyd edib ki, bu illər ərzində ölkəmizdə könüllüklə bağlı qanunvericilik bazası da mükəmməl şəkildə qurulub. O, Azərbaycanın bu sahədə dünyada qabaqcıl ölkələrdən biri olduğunu vurğulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda ilk dəfə 1998-ci ildə Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə könüllülük layihəsinin həyata keçirildiyini və cəmi 200 gəncin iştirak etdiyini bildirib: “O zaman könüllülər tərəfindən yalnız 30 kiçik layihə icra olundu. Hazırda isə könüllülərin sayı on minlərlədir. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar və tədbirləri könüllülərsiz təsəvvür etmək mümkün deyil. Dövlətin gənclər siyasətində də könüllülük hərəkatının inkişafı, bu sahənin stimullaşdırılması öz əksini tapıb. Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva da könüllülərə, onların fəaliyyətinə yüksək dəyər verirlər. Ümid edirəm ki, könüllülərimiz ölkə daxilində əldə etdikləri uğurları beynəlxalq tədbirlərdə də davam etdirəcəklər”.
“Coca-Cola” şirkətinin Qafqaz üzrə baş meneceri Adrian Çernautan könüllülərin fəaliyyətini yüksək qiymətləndirib, onların şirkətlər, təşkilat və qurumlar arasında körpü rolunu oynadığını deyib. A.Çernautan könüllülərlə birgə həyata keçirdikləri tədbirlər haqqında da məlumat verib.
Tədbirdə Azərbaycanda könüllülük fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra “Könüllülər dayanıqlı cəmiyyət formalaşdırırlar” mövzusunda təşkil olunan müsabiqə haqqında tədbir iştirakçılarına məlumat verilib və qaliblər mükafatlandırılıblar. Bununla yanaşı, “Könüllülük fəaliyyətini bir sözlə ifadə edin” sorğusunun nəticəsi də açıqlanıb.
Tədbir könüllülük barədə təqdimat və sual-cavab sessiyaları ilə davam edib. Sessiyaların sonunda forumun təşkilində iştirak edən könüllülər mükafatlandırılıblar.
Qeyd edək ki, tədbir çərçivəsində könüllülərin fəaliyyətini əks etdirən sərginin də təqdimatı keçirilib. Həmçinin qanvermə aksiyası da təşkil olunub. Bununla yanaşı, Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağacəkmə aksiyası da keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

