Qida Təhlükəsizliyi Agentliyi media nümayəndələri üçün təlim keçirib
19.12.2018 [09:51]
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən jurnalistlər üçün “Qida təhlükəsizliyi üzrə media təlim”ə start verilib. Məqsəd media nümayəndələrinin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq və Agentliyin qida təhlükəsizliyinin təbliği istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır.
Agentlikdə 3 gün davam edəcək təlimin birinci günündə 30-a yaxın media nümayəndəsi iştirak edib. Proqramda heyvan sağlamlığı və baytarlıq sahəsində həyata keçirilən tədbirlər çərçivəsində qanunsuz heyvan kəsimi ilə bağlı görülən işlər, aparılan maarifləndirmə tədbirləri, müasir heyvan kəsimi və satışı məntəqələrinin yaradılması ilə bağlı qarşıya qoyulan əsas hədəflər jurnalistlərin diqqətinə çatdırılıb. Onlara heyvan kəsimi sahəsində beynəlxalq təcrübə və Agentliyin bu istiqamətdə atacağı addımlar barədə məlumat verilib.
Bununla yanaşı, təlimdə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin KİV-də işıqlandırılması zamanı obyektivliyin, şəffaflığın təmin olunması və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsində medianın rolu, qida təhlükəsizliyinin təmin olunması, heyvan sağlamlığı və baytarlıq, eləcə də bitki sağlamlığı və fitosanitar nəzarətinin təşkili, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyat prosesi və onlarla əməkdaşlıq, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində aparılan dövlət nəzarəti tədbirləri barədə media nümayəndələrinə ətraflı məlumat veriləcək.
AQTA-nın rəhbər şəxsləri və mütəxəssislərinin təqdimatları ilə davam edəcək təlimlərdə jurnalistlər qida təhlükəsizliyi sahəsində təbliğat və maarifləndirmə, sağlam qidalanmanın təşviqi istiqamətində Agentliyin gördüyü işlər barədə ətraflı məlumatlandırılacaqlar. Təqdimatlardan sonra sual-cavab sessiyasında media nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təmin olunması və qida təhlükəsizliyi sahəsində maarifləndirilməsində media institutları ilə sıx əməkdaşlıq edir və jurnalistlərin bu sahədə biliklərinin artırılmasını daim diqqət mərkəzində saxlayır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

