/ / Məcburi köçkünlərin Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsi prosesinə başlanılıb
Məcburi köçkünlərin Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsi prosesinə başlanılıb
05.02.2019 [09:57]
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların problemləri davamlı şəkildə həll edilir, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb, bu kateqoriyadan olan 300 minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülüb.
Təkcə keçən il 5900 məcburi köçkün ailəsinə mənzil, fərdi ev verilib. Bu proses bu il də davam etdiriləcək. Fevralın 1-də, Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında dövlətimizin başçısı bu barədə danışarkən deyib: “Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir”.
Bu istiqamətdə ardıcıl tədbirlər görülür və atılan addımlar öz nəticəsini verməkdədir. Belə ki, Bakıda və Sumqayıtda hələ də ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi tapşırığın icrası uğurla davam etdirilir. Sumqayıt şəhərində uzun illərdən bəri qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə məskunlaşan köçkünlərin Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə fevralın 4-də Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Evində püşkatma keçirib. Dövlət Komitəsində müvafiq komissiya tərəfindən obyektiv və hərtərəfli araşdırmalar nəticəsində tərtib olunmuş siyahı üzrə mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruri sayılan məcburi köçkün ailələrinin nümayəndələri püşkatmada iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin, ictimai fəalların, jurnalistlərin iştirakı ilə şəffaf şəkildə keçirilən püşkatmada məcburi köçkünlər bundan sonra yaşayacaqları mənzillərin yerləşdiyi binanı və mərtəbəni müəyyənləşdiriblər.
Püşkatmadan sonra məcburi köçkün ailələrinin Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə yaşayış kompleksinə köçürülməsinə başlanılıb. Yeni mənzillər tam təmirlidir, mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi də var.
Yeni mənzillərə köçən məcburi köçkün ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Abşeron rayonunun ərazisindəki yeni kompleksdə mənzillərin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.
Xəbər lenti
Hamısına baxİdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31

