Ədliyyə fəaliyyətinə dair brifinq keçirilib
07.03.2019 [10:22]
Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəsinə start verilərək media nümayəndələrinin iştirakı ilə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlər, mətbuat konfransları və brifinqlər keçirilir.
AZƏRTAC xəbər verir ki, martın 6-da nazirliyin icra, probasiya, istintaq və cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin fəaliyyətinə və yeniliklərə həsr olunmuş brifinq keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, çoxsaylı kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər iştirak ediblər.
Tədbirin açılışında Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək bildiriblər ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında iştirakını yaxından təmin etməkdir.
Eyni zamanda, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri, bu sahədə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verilib, nazirliyin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğu, kütləvi informasiya vasitələri ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, belə tədbirlər mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyət istiqamətlərini əhatə edəcək.
Sonra İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov və Cəzaların icrasına nəzarət üzrə Müfəttişliyin rəisi Malik Ələkbərov çıxış edərək bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən tədbirlər və müvafiq statistik göstəriciləri diqqətə çatdırıblar.
Bildirilib ki, Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində də iş həcmi ilbəil artıb. 2018-ci ildə 900 minə yaxın icra işi olub, onlardan 60.5 faizinin icrası təmin edilib. Həmçinin görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 1.1 milyard manatdan çox vəsait ödətdirilib.
Eyni zamanda, icra qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, “elektron icra” sisteminin tətbiqinin bu sahədə işin daha səmərəli təşkilinə xidmət etdiyi vurğulanıb, habelə hazırlanmaqda olan icra sahəsində vahid normativ hüquqi aktın - “Azərbaycan Respublikasının İcra Məcəlləsi”nin layihəsi barədə məlumat verilib.
Brifinqdə dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidmətinin fəaliyyəti barədə məlumat verilib, qısa müddətdə bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlərin görüldüyü, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanıldığı, bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzinin yaradıldığı bildirilib, hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 900-dən çox şəxsə elektron qolbaq tətbiq edildiyi vurğulanıb.
Həmçinin xidmətin ictimai işlər növündə cəzanın icrası sahəsində fəaliyyətindən bəhs olunub, ötən il məhkəmənin qərarlarına əsasən 1.030 şəxsin ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edildiyi bildirilib. Qeyd olunub ki, bu cəzanın formal icrasının qarşısının alınması ilə bağlı əməli işlər görülüb, o cümlədən cəzanın icrasına effektiv və asan nəzarətin həyata keçirilməsində müasir texnologiyaların tətbiqi üzrə tədbirlər görülür.
Eyni zamanda, nazirliyin cəzaların icrasına nəzarətin həyata keçirilməsində, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasında fəaliyyətindən bəhs olunub.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının idarə heyətinin üzü - “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər çıxış edənlər bildiriblər ki, bu cür tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.
Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.
Tədbirin sonunda KİV nümayəndələri Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48

