/ / Prezident İlham Əliyevin Fərmanına əsasən Səbail rayonunda çoxmənzilli binanın sakinlərinə çıxarışlar təqdim olunub
Prezident İlham Əliyevin Fərmanına əsasən Səbail rayonunda çoxmənzilli binanın sakinlərinə çıxarışlar təqdim olunub
16.03.2019 [10:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanı ilə istismara qəbul olunmamış, lakin tikintisi başa çatdırılmış 400-ə yaxın binanın sakinlərinin problemlərinin həlli istiqamətində konkret addımlar atılır.
Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədini daşıyır. Bu məsələ 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul edilməyən və faktiki olaraq sakinlərin yaşadıqları binalara şamil olunur.
AZƏRTAC xəbər verir ki, martın 15-də Bakının Səbail rayonunun Abbasquluzadə küçəsi, 17 ünvanında “İdeal” MTK tərəfindən inşa edilən hündürmərtəbəli, çoxmənzilli binanın sakinlərinə çıxarışların təqdim olunması Prezident İlham Əliyevin məlum Fərmanının icrası istiqamətində atılan növbəti addımdır. Binanın sakinlərinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən çıxarışlar onların, sözün əsl mənasında, böyük sevincinə səbəb olub.
Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə müsahibəsində qeyd edib ki, Prezident İlham Əliyev vətəndaşları narahat edən bütün problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq addımlar atır. Həmin addımlar müxtəlif fərman və sərəncamlarda öz təsdiqini tapır. Bu istiqamətdə görülən işlərdən biri də cari il fevralın 19-da dövlətimizin başçısı tərəfindən imzalanmış Fərmandır. Bu Fərman həm də istismara qəbul olunmayan binaların rəsmi olaraq istismara qəbulunu nəzərdə tutur. Bu gün həmin binalardan beşi artıq rəsmi olaraq istismara verilib. Bu, həmin binaların sakinləri üçün çox yaxşı xəbərdir.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün çıxarış verilən binada təqribən 561 mənzil var. Bu mənzillərin 50 faizindən çoxu istismar olunur. Fərmanın da əsas məqsədi uzun müddət istismar edilən binalarda vətəndaşlar tərəfindən sənədləşmə prosesinin tamamlanması və rəsmi olaraq dövlət tərəfindən tanınmasıdır.
F.Mustafayev vurğulayıb ki, Əmlak Məsələləri Dövlət Komitəsi həmin Fərmanın icrasına əsasən səyyar çıxarış xidməti təşkil edib. Burada vətəndaşların ərizələri qəbul edilir.
Qeyd olunub ki, Fərmanda iki ay ərzində Fövqəladə Hallar Nazirliyi, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azərsu” ASC tərəfindən yoxlamaların aparılması nəzərdə tutulub. Bu müddət ərzində FHN binaların dayanıqlılığını, lift təsərrüfatının olub-olmamasını və yanğından mühafizə məsələlərini yoxlayır və onlar haqqında rəy tərtib edir. Həmin rəy iki gün ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və eyni zamanda, yerli icra hakimiyyətlərinə göndərilir. Nəticədə, binalar istismara qəbul olunur.
“Ümumilikdə hazırlanan siyahıdakı binalarda 70 minə yaxın istismar edilməyən mənzil var. Həmin mənzillərin 70 faizi artıq məskunlaşıb. Prezident İlham Əliyev tərəfindən həyət evləri ilə bağlı da tapşırıq verilib. Biz hazırda bu məsələləri araşdırırıq”, - deyən Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, dövlətimizin başçısı vətəndaşları narahat edən problemləri aradan qaldırır. Biz bu məsələlərlə bağlı işçi qrupu yaradaraq yaxın zamanda Prezidentə öz təkliflərimizi verəcəyik.
Tədbirdə iştirak edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, komitə vətəndaşlardan sənədlərini mobil ofisləri vasitəsilə qəbul edir. Ən qısa zamanda həmin mənzillərin vətəndaşların adına qeydiyyatını keçirib hazır çıxarışları da qısa müddətdə elə bu ünvanda onlara təqdim edəcəyik. Vətəndaşların arzusundan asılı olaraq, çıxarışları elektron şəkildə də hazırlaya bilərik. Biz mobil ofislərimiz vasitəsilə vətəndaşlara yaşadıqları ünvanlarda xidmət göstərəcək və çıxarışları hazırlayıb onlara təqdim edəcəyik.
Binanın sakinləri Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar xidmət avtobusuna daxil olur, qısa zamanda çıxarışlarını alıb dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirdilər. Vurğulayırdılar ki, çıxarışsız mənzillərdə yaşamaq onlar üçün problemlər yaradırdı. Prezidentimizə minnətdarıq ki, bizim bu çətinliyimizə son qoydu.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52

