Milli Məclisin deputatları “DOST” mərkəzi ilə tanış olublar
14.06.2019 [10:43]
Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədrləri və deputatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı “DOST” mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, mərkəzin fəaliyyəti, burada göstərilən xidmətlər, könüllülük proqramları barədə deputatlara ətraflı məlumatlar verilib. Qeyd edilib ki, ilk “DOST” mərkəzinin fəaliyyətə başladığı gündən ötən bir ay ərzində mərkəzə 8 minədək vətəndaş müraciət edərək, burada əmək, məşğulluq, əlillik, sosial təminat, sosial sığorta və s. üzrə xidmətlərdən faydalanıb. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi də 100 faizə yaxındır. İlk “DOST” mərkəzində əmək, məşğulluq, sosial təminat, əlillik sahələri üzrə 126 növ xidmət göstərilir. 2019-2025-ci illərdə ölkədə 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur, bu mərkəzlər ümumən 2,8 milyon vətəndaşa sosialyönümlü xidmətlər göstərəcək.
Milli Məclisin deputatları mərkəzdəki xidmət bölmələri ilə tanış olub, burada sosial agentlər, könüllülər tərəfindən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər. Onlar “DOST” mərkəzində göstərilən xidmətlərlə bağlı məmnunluqlarını, xoş təəssüratlarını ifadə ediblər.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, ilk növbədə, iştirakçıları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik edərək vurğulayıb ki, 1993-cü il iyunun 15-də xalqın yekdil iradəsi ilə respublikamıza rəhbərliyə qayıdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti həmin dövrdə Azərbaycanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə, bütün sahələri bürümüş dərin böhranın qarşısının alınmasına imkan verib.
Nazir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, iqtisadiyyatın dirçəldilməsi, ölkədə güclü sosial siyasətin formalaşdırılması üçün Ulu Öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətləri diqqətə çatdırıb. O, müstəqil Azərbaycanın dinamik və uzunmüddətli inkişaf yolunun Milli Qurtuluş Günündən başlandığını, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə möhtəşəm tarixi nailiyyətlərə imza atdığını, eyni zamanda, əhalinin rifah halının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayıb.
S.Babayev görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın müstəqil Azərbaycan dövlətinin qurulması və gücləndirilməsi, ölkəmizin inkişafı proseslərində xidmətlərindən bəhs edib. Nazir bildirib ki, YAP-ın Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatı da dövrün tələblərinə uyğun fəaliyyət göstərir. Təşkilat üzvlərinin sayı mütəmadi olaraq artmaqdadır. 2018-ci ilin aprelindən indiyədək nazirliyin 641 əməkdaşı ərizələri əsasında YAP-a üzv qəbul edilib. Hazırda nazirlik sistemində çalışanların 86,4 faizi YAP-ın üzvüdür. Ərazi ilk partiya təşkilatı bundan sonra da öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının cəmiyyətdə olan yüksək nüfuzuna uyğun şəkildə davam etdirəcək.
Milli Məclisin Sədr müavini Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov çıxış edərək Milli Qurtuluş Gününün müasir Azərbaycanın tarixində misilsiz uğurlarla zəngin şərəfli bir inkişaf mərhələsinin başlanğıcı olduğunu vurğulayıblar.
Daha sonra DOST Agentliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar deputatların də iştirakı ilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının iclası keçirilib.
Sonda DOST Agentliyinin 32 əməkdaşının YAP-a üzvlüklə bağlı ərizələri qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

