Tərtərdə qəbul imtahanlarında yüksək bal toplayan gənclər mükafatlandırılıblar
04.09.2019 [09:18]
Tərtər rayon İcra Hakimiyyəti rayon təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş tərtərli gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzərək Onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Rayon təhsil şöbəsinin işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin, həmçinin yüksək bal toplayan gənclərin və onların valideynlərinin iştirakı ilə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə daha yüksək zirvələr fəth etməyi arzulayıb. Müstəqim Məmmədov vurğulayıb ki, “Təhsil millətin gələcəyidir”, – deyən Ümummilli Lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Hazırda ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində çox önəmli işlər görülür.
Ölkə başçısının və Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində respublikamızda tikilən və təmir olunan ümumtəhsil məktəbləri təhsilimizdə ürəkaçan nailiyyətlərin əldə olunmasına imkan verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi təkcə pedaqoji kollektivlər tərəfindən deyil, bütün xalqımız tərəfindən razılıq hissi ilə qarşılanır.
Müstəqim Məmmədov həmçinin rayonda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, bu il ali təhsil ocaqlarına sənəd verən 393 nəfərdən 236 nəfəri ali (onlardan 220 nəfəri builki, 16 nəfər isə əvvəlki illərin məzunlarıdır), 114 nəfəri isə orta ixtisas təhsili məktəblərinə daxil olub. Onlardan 4 nəfəri 600-dən yuxarı, 29 nəfəri 500-dən yuxarı bal toplayıb. Cəmşid Naxçıvanski adına hərbi liseyə 2, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2, Sərhəd Qoşunlarının Akademiyasına isə 3 nəfər məzun qəbul olunub. 600-dən yuxarı bal toplayan 4 nəfərin 1 nəfəri şəhər 2 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri Evoğlu, 1 nəfəri Qapanlı kənd tam orta məktəbin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı şəhər 2 saylı məktəb lisey (32 nəfər), şəhər 1 saylı (29 nəfər), şəhər 5 saylı (11 nəfər), Hacıqərvənd (10 nəfər), Bəyimsarov (12 nəfər), Sarov (13 nəfər), Qaradağlı (10 nəfər) kənd tam orta məktəbləri fərqləniblər.
Qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək istifadəyə verilib. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisi yekunlaşmaq üzrədir. Ümumiyyətlə, son on beş il ərzində rayonda 9 məktəb binası tikilib, 8 məktəb əsaslı təmir olunub və 5 modul tipli məktəb quraşdırılıb.
Bundan başqa, 2019-2023-cü illər Dövlət Proqramında şəhər 5 nömrəli, Azad Qaraqoyunlu, İsmayılbəyli və Soylan kənd tam orta məktəbləri üçün yeni binanın tikintisi, Bəyimsarov və Xoruzlu kənd tam orta məktəblərinin əsaslı təmiri nəzərdə tutulub.
Tədbirdə təhsil şöbəsinin müdir əvəzi Elvin Umudov, Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Əsgərov, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, şəhər 2 nömrəli məktəb-liseyin məzunu, 631 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş Oktay Səfərov, 627 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu, audit fakültəsinə daxil olmuş Səidə Allahverdiyeva, 534 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına daxil olmuş Ruslan Zeynalovun valideyni Tərlan Zeynalov, 566 bal toplayaraq Azərbaycan Dillər Universitetinə daxil olmuş Maya Abdullayevanın valideyni Məhbubə Abdullayeva və digərləri çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə həmçinin Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək gəncləri təbrik edib, onlara öz tövsiyələrini verib.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir daha gəncləri təbrik edərək onlara təhsildə və həyatda uğurlar qazanmağı diləyib. Harada olmalarından asılı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə edib.
Tədbirin sonunda 500-dən yuxarı bal toplayan tələbələrə rayon İcra Hakimiyyəti, Milli Məclisin deputatı, YAP rayon təşkilatı, Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlar verilib.
Xəbər lenti
Hamısına baxİdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31

