Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
18.09.2019 [09:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son beş ildə Səbail rayonunda aparılan abadlıq-quruculuq işləri və infrastrukturun, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər nəticəsində rayonun siması tamamilə dəyişib. Dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonun qədimliyinin qorunması şərti ilə aparılan yenidənqurma işləri bu gün də yüksək səviyyədə davam etdirilir.
Sentyabrın 14-də Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev rayonun Badamdar və 20-ci yaşayış sahəsi ərazisində olub, küçələrdə, parklarda, qəsəbələrdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olublar.
Əvvəlcə Badamdarda təşkil olunmuş meyvə-tərəvəz yarmarkasını gəzən rayon rəhbərliyi daha sonra IDEA İctimai Birliyinin təşkilatçılığı və Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Abad məhəllə” layihəsi çərçivəsində Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4 ünvanında yerləşən həyətdə abadlıq və yaşıllaşdırma işləri ilə tanış olublar. Badamdar sakinləri ilə səyyar görüş keçirilib, əhalinin problemləri dinlənilib və bu problemlərin həlli istiqamətində göstərişlər verilib.
Daha sonra 20-ci yaşayış sahəsində küçələrdə, dalanlarda və tamamilə yenidən qurulan “Fəhlə əlləri” parkında aparılan abadlıq işlərinin gedişi ilə tanışlıq olub. Yolboyu sakinlər rayon rəhbərliyinə yaxınlaşaraq problemlərini, arzu və istəklərini bildiriblər. Sakinlər tək-tək dinlənilib və problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.
Qeyd edək ki, rayon rəhbərliyi ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə yerindəcə mütəmadi tanış olur və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti ilə maraqlanır. Rayonun küçələri, dalanları, evləri müasir tələblərə uyğun təmir olunur, illərlə asfalt çəkilməyən küçələrə asfalt çəkilir və kanalizasiya sistemi yenilənir.
Gəzinti boyunca rayon sakinləri görülən işlər və əhaliyə göstərilən diqqət və qayğı ilə bağlı dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

