/ / Bir insanın öz övladına qarşı şəfqət hissi yoxdursa, onun millətdən, hüquqlardan danışmağa haqqı yoxdur
Bir insanın öz övladına qarşı şəfqət hissi yoxdursa, onun millətdən, hüquqlardan danışmağa haqqı yoxdur
28.09.2019 [10:08]
Seymur Orucov: Psixoloji problemlərinin olduğunu etiraf etsinlər və biz də partiyamızın hesabına onları müalicə üçün Maştağadakı xəstəxanaya göndərək
Son günlər Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında cərəyan edən proseslər, partiya rəhbərliyində təmsil olunan bir sıra şəxslərin istefa verməsi yenidən bu partiyanı gündəmə gətirib. Əslində, Kərimli və onun yaxın ətrafı hər zaman gündəmdə olub desək, yanılmarıq. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, AXCP sədri hər zaman öz mənfilikləri, siyasətçiyə, ən əsası da, hakimiyyətə gəlmək iddiasında olan partiya rəhbərliyinə xas olmayan hal və hərəkətləri ilə gündəm yaradıb. Gah paytaxtda mitinq şousu yaradıb, gah xalqın ümumxalq hüzn günündə cəmiyyət arasında xaos, anarxiya yaratmağa çalışıb, gah da xaricdəki erməni maraqlarına xidmət edən bəlli siyasi çevrələrlə maddiyyat qarşılığında əməkdaşlığa gedərək Azərbaycanı, dövləti, dövlətçiliyi hədəf alıb. Yəni indiyə qədər üzləşdiyimiz mənzərə ondan ibarət olub ki, AXCP sədrinin oyunları bitib-tükənmir.
Ənənəsinə sadiq qalan Əli Kərimli yenə də “oyun” oynamağı bacardı. Ancaq budəfəki oyun AXCP sədrinin onsuz da bitib-tükənməkdə olan siyasi karyerasının sonu kimi dəyərləndirilə bilər. Hər şey Kərimlinin müavini Fuad Qəhrəmanlının qızının mətbuata verdiyi açıqlamadan başladı. Məlum oldu ki, özlərini demokrat kimi qələmə verən, insan hüquq və azadlıqları deyə bar-bar bağıran Kərimli və onun yaxın ətrafı heç öz yaxınları, hətta ailələri daxilində belə demokrat deyillər, insan hüquq və azadlıqlarına əməl etmirlər. Xalqa demokratiya, xoş gələcək vəd edən, insanlara qarşı zorakılıqları pisləyən Kərimlinin müavini Fuad Qəhrəmanlı öz həyat yoldaşına, hətta azyaşlı qızına fiziki güc tətbiq edir, onları döyür. Vəziyyət artıq elə bir həddə çatıb ki, Fuad Qəhrəmanlının qızı öz atasındam imtina etdiyini açıqlayıb. Çoxları deyə bilər ki, bu, ailədaxili bir məsələdir. Ancaq nəzərə alsaq ki, bu şiddəti, fiziki gücü məhz demokratiya, insan hüquq və azadlıqlarından dəm vuran biri tətbiq edir, o zaman situasiya tamamilə fərqli görünür. Digər tərəfdən, Fuad Qəhrəmanlının ailəsində baş verənlərdən AXCP sədri Əli Kərimlinin də xəbərdar olduğunu nəzərə alsaq, o zaman Kərimlinin də həmin cinayəti bilib gizlətdiyi qənaətinə gələ bilərik. Fuad Qəhrəmanlının qızının dediklərindəın aydın olur ki, hətta Kərimli Qəhrəmanlının xanımına həyat yoldaşının şiddət və fiziki güc tətbiq etməsinə dözməyi də tövsiyə edib.
Göründüyü kimi, Kərimli və tərəfdarları yalnız sözdə deyil, eləcə də əməldə öz radikallıqlarını nümayiş etdirirlər. İndi də öz eyiblərinə sahib çıxmaq əvəzinə, qurduqları trol şəbəkəsi vasitəsilə hakimiyyətin ünvanına əsassız ittihamlar, fikirlər səsləndirir. Lakin cəmiyyət, xalq hər şeyi aydın gördüyü üçün Kərimli və onun yaxın ətrafının uydurmalarına inanmır, məlum olayı kəskin şəkildə pisləyir.
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Olaylar.az-a açıqlamasında deyib ki, radikallıq, şiddət özlərini ana müxalifət kimi təqdim edən bir neçə partiyanın adətidir. Seymur Orucovun sözlərinə görə, bütün bu sadalanan mənfi xüsusiyyətlərlə yanaşı, satqınlıq da həmin siyasi düşərgənin yaşam tərzidir: “İlk növbədə Əli Kərimli onun rəhbəri, onu bir siyasətçi kimi ortaya çıxaran Əbülfəz Elçibəyə qarşı satqınlıq edib. Məhz Kərimlinin “xidmətləri”nə görə AXCP bir neçə yerə parçalanıb”.
Kərimliyə ən yaxın, partiyada müavini olan Fuad Qəhrəmanlının öz ailəsinə qarşı tətbiq etdiyi şiddəti də qəti şəkildə pisləyən Seymur Orucovun sözlərinə görə, insan nə qədər qəddar ola bilər ki, övlad valideynə qarşı çıxar: “Artıq cəmiyyətin, xalqın onları dəstəkləməməsinin səbəbləri bəlli olur. Öz ailəsi, həyat yoldaşı, övladının qədrini bilməyən bir insan necə ola bilər ki, Azərbaycanın hansısa bir kəndi, yaxud mərkəzi icra hakimiyyəti orqanı, qanunverici orqan barədə fikir söyləyə bilər?”
Seymur Orucov deyir ki, insan hüquqlarından danışan Əli Kərimlinin bir neçə dəfə Fuad Qəhrəmanlının həyat yoldaşına zəng edərək ona dözüb oturmağı tövsiyə etməsi də, əslində, feodalizm təfəkkürüdür: “Əgər sən insan hüquq və azadlıqlarından danışırsansa, əvvəlcə öz yaxın ətrafına bax, onların həmin hüquq və azadlıqlara necə əməl etdiyini müəyyənləşdir. Bütün bunlar həm də psixoloji problemlərin olduğunun göstəricisidir”.
YAP Gənclər Birliyinin sədri deyib ki, əgər bir insanın öz övladına qarşı şəfqət hissi yoxdursa, onun millətdən, hüquqlardan danışmağa haqqı yoxdur: “Bir dəfə, 1991-1992-ci ildə bunlar bizi aldatdılar. Ancaq indi bizi aldada bilməzlər. Çünki bizim cəmiyyətimiz, gənclərimiz onlara inanmır. Hər şey ortadadır”.
Seymur Orucov onu da qeyd edib ki, belə bir təfəkkür sahibi olan insanlar hər hansı bir kənddə nəinki bələdiyyə sədri, heç sıravi üzv də seçilə bilməzlər.
Seymur Orucov onu da qeyd edib ki, bu kimi olaylarla hər dəfə radikal siyasi düşərgə özünü ifşa edir: “Hesab edirəm ki, bu cür insanlar cəmiyyətimizdən kənarlaşmalıdırlar. Çünki bunların psixoloji problemi var və normal cəmiyyətin içərisinə çıxası adamlar deyillər. Ancaq psixoloji problemlərinin olduğunu etiraf etsinlər və biz də partiyamızın hesabına onları müalicə üçün Maştağadakı xəstəxanaya göndərək. Biz bunun sponsorluğunu etməyə və onları Maştağaya göndərməyə hazırıq”.
Süleyman
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

