Hüseyn, yoxsa bahalı hədiyyə eşqi
19.04.2022 [10:46]
İlhamə
Bu millətin hüseynlərə xüsusi ehtiramı var da. “Hüseyn hey” deyib özlərini döyməyi də, döydürməyi də sevirlər. Hərçənd dinimizdə belə bir əmr, bu yazının da dinə dəxli yoxdu.
Rusiyada yaşayan azərbaycanlı iş adamı, bloger Hüseyn Həsənovun Azərbaycana bu dəfəki gəlişi yaman səsli-küylü oldu. Ticarət mərkəzinə onun elanı əsasında yığılmış yüzlərlə gənc bir-birini tapdaya-tapdaya “mübarək zat”ın ətəyinə toxunmağa çalışırdı. Pandemiya zamanı bu qədər çox insanın qapalı məkanda toplaşmasına kim icazə vermişdi? Ayrı vaxt avtobusda, metroda maskası burnundan azca aşağı sürüşənə cərimə yazan polis nədənsə bu məkanda fəaliyyətsiz dayanmışdı. Maraqlandıq. Dedilər ki, bu işlərə əyləncə mərkəzinin öz mühafizə xidməti baxır, onların da bizə aidiyyəti yoxdur. Qısası, ötür-ötürlə bu sual qaldı cavabsız. Yəqin həmin gün virus özünə tətil elan edibmiş, ona görə heç kimi yoluxma filan narahat eləməyib. Camaat bir-birini elə sıx qucaqlamışdı ki, aralarından nəinki su, heç virus da sızmazdı. Xəstəlik heç kimin yadına da düşmürdü. Tək bir hədəf var idi, səhnəyə yaxın olmaq, hədiyyə telefonlardan birini ələ keçirmək. O qədər canfəşanlıq elədilər ki, axırda Hüseynin mühafizəçilərindən biri əlinə qayış alıb başladı səhnəyə dırmanmaq istəyənləri şallaqlamağa.
Camaat geri çəkilərmi? Haşa. Özlərini döydürmək hesabına da olsa, irəli düşüb Hüseynin əlindən o qiymətli telefonu almağa çalışırdılar. Adam bir az anlamır, dava Hüseyn davasıydı, yoxsa onun havayı payladığı bahalı telefon davası. Səhnəyə çıxmaq üçün ayaq altda qalan kim, çığırmaqdan səsi batan kim, fanatlığın ən üst səviyyəsinə çıxıb ürəyi gedən kim? Əslində fanatlarının bir çoxu Hüseyn kimi əzmkar olsalar, bəlkə də elə onun kimi fantastik bir həyat yaşayarlar.
Hüseyn Həsənov Rusiyanın ən məşhur videoblogeridir. Məşhurluğuna bir səbəb də arabir payladığı çox bahalı hədiyyələr, hətta avtomobillərdir. Lotoreyada udmaq həvəsi onun sosial şəbəkə izləyicilərinin sayını 30 milyona çatdırıb. Adətdi axı, varlının qazancı kasıbın çənəsini yorar.
Hüseyn 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı iş adamının ailəsində anadan olub. Əslən Bülbülə qəsəbəsindəndir. Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini fərqlənmə diplomu ilə bitirib. Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra Instaqram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var. Göründüyü kimi, boşuna qazanmayıb, intellektual bir gəncdir, bazası, zəmini var.
Hüseyn deyir ki, bütün uğurlarına öz arzularının dalınca getməyi bacardığı üçün çatıb. Hər halda özü belə fikirləşir və gənclərə də bunu tövsiyə edir.
Bizim gənclik isə arzularının yox, Hüseynin hədiyyələrinin arxasınca düşür. Bir güllə bahar olacaqmı və ya Hüseynə toxunmaqla onun kimi milyoner olmaq mümkünmü? Bu, yalnız nağıllarda olur. Fanatlığı elə eləmək lazımdır ki, bir həftə sonra dönüb geriyə baxanda utanmayasan.
“İndiki nəsil zay oldu” deyib qınamaq istəməzdim. Hər halda indiki nəsil öz hünərini Qarabağda sübut elədi. Bəlkə də bu nəsil yeni texnologiyalarla ayaqlaşmağın daha səmərəli olduğunu anlayır. 15-16 il oxuyub, 500 manata can verənləri də görürlər, 3 sinif bitirib, vaynerliklə, blogerliklə oliqarx həyatı yaşayanları da. Ora yığışan gənclər dünyadakı yeni quruluşun, digital ortamın və zamanın gətirdiyi anormallıqların (hər halda orta nəsil belə düşünür) məhsuludur. Onlar dünyanın hər yerində eynidirlər. Biz Amerikada da, Avropada da, qardaş Türkiyədə də hansısa böyük endirim günlərində eyni izdihamın yaşandığını görürük. İnsanlar nəyisə ucuz, havayı əldə etmək üçün bir-birilərini ayaqlaya-ayaqlaya hədəfə doğru qaçırlar. Əksəriyyəti gənclər olsa da, aralarında yetişkən insanların sayı da kifayət qədər olur.
Bu nəsil qınaq qəbul etmir, yeni nəslin öz dili var və bu, yaşlı və orta nəslin dili deyil. Həzrəti Əlinin bir kəlamı var. “İnsanlar ata-analarından çox zəmanələrinə bənzəyirlər”. Bizim zamanın uşaqları əllərində telefon doğulub, əmzik əvəzinə telefonla ovunanlardırlar. Madam ki, bu qədər texnologiyaya həvəs var, onu həm qazanca, həm də elmə çevirmək üçün proqramlar lazımdı. Ən asan iş qınamaqdır.
Xəbər lenti
Hamısına baxGündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53

