Bakı qara hazırdır?
07.01.2023 [11:20]
Yeganə BAYRAMOVA
Yeni ilin ilk günləri havalar nisbətən isti keçsə də, yaxın günlərdə soyuyacağı ilə bağlı məlumat yayılıb. Eləcə də, Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 8-dən yanvarın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı barədə proqnoz verilib.
Belə olan təqdirdə respublikamızda aidiyyəti qurumların qış aylarında əhalinin qarşılaşdığı problemləri həll etmək və qabaqlayıcı tədbirlər görmək məqsədilə hansı addımları atdığı maraq doğurur. Xüsusilə də işıq, qaz, su və yollarla bağlı vəziyyət nə yerdədir? Bakı qışa hazırdırmı?
Kanalizasiya infrastrukturu ilə bağlı hazırlıqlar tamamlanıb
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının “Yeni Azərbaycan”a açıqlamasına görə, “Azərsu” artıq qış mövsümünə hazırdır. O, qeyd edib ki, həm içməli su, həm də kanalizasiya infrastrukturu ilə bağlı hazırlıqlar başa çatıb: “Avqust ayında “Azərsu”nun Tədbirlər Planı təsdiqləndi və həmin sənədə uyğun olaraq payız-qış mövsümünə hazırlıqlar başlayıb, həmçinin anbarlar, içməli su stansiyaları, kollektorlar, magistral xətlər-bunların hər biri təchiz olunur. Eyni zamanda hidrotexniki qurğular sazlanır, təmirə ehtiyacı olan hissələrdə işlər görülür. Ötən müddət ərzində minlərlə baxış quyusu təmizlənib, həmçinin bir neçə min kilometr kanalizasiya xətləri və kanalizasiya kollektorları yuyulub-təmizlənib ki, onların ötürücülük qabiliyyəti tam təmin olunsun. Xüsusi olaraq bildirim ki, qarlı-şaxtalı günlərdə digər bir məsələ, sayğacların və su xətlərinin donması hallarıdır. “Azərsu” ASC-nin tikinti norma və qaydalarına uyğun olaraq inşa etdiyi xətlər yerin altına basdırılır və şaxtalı günlərdə onların donma ehtimalı olmur. Amma bu gün xüsusilə Bakıətrafı ərazilərdə vətəndaşların özlərinin yerin üstü ilə çəkdikləri xətlər var ki, onlar yerin altına basdırılmır və donma ehtimalı yüksəkdir. Bundan başqa, həyət evlərində sayğacların donvurma nəticəsində sıradan çıxması halı baş verə bilər. Ona görə də abonentlərimizə tövsiyə edirik ki, sayğaclara ciddi nəzarət etsinlər”.
Sayğaclar izolyasiya olunmalıdır
A.Cəbrayıllı vurğulayıb ki, sayğaclar qutularda quraşdırılır, həmin qutuların qapağı bağlı olmalıdır, sayğac qutusunun içərisi xüsusi izolyasiya olunur və izolyasiya materiallarının qopardılmasına yol verilməməlidir: “Müşahidə etmişik ki, vətəndaşların özləri fərdi qaydada xüsusi qutular hazırlayırlar və həmin qutular sayğacı donvurma və şaxtadan qoruyur. Ancaq tövsiyə edirik ki, sayğacların ətrafını taxta-apilka ilə bağlasınlar. Çünki bu üsul mənfi temperatur fəsadlarının qarşısını alır. Bundan başqa, vətəndaşların həyətlərində, binalarda özlərinin çəkdiyi yerüstü xətlər izolyasiya olunmalıdır. Tövsiyə edirik ki, vətəndaşlar bu qaydalara əməl etsin ki, qarlı-şaxtalı günlərdə su təminatı zamanı əziyyət çəkməsinlər. Zəng mərkəzimizə gələn müraciətləri araşdırdıqda görürük ki, ən çox müraciətlər həyət evlərində su xətlərinin donması və sıradan çıxması ilə bağlı olur”.
Qurumlar problemi operativ həll etməlidirlər
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, hər il olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görülür. Qeyd olunub ki, rayonlar üzrə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi tədbirlər planı təsdiq edilib: “Tədbirlər planına uyğun olaraq, paytaxt qurumları qış aylarında üzərlərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə həll etməlidirlər. Bakı Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətə gətirilib, kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılıb.
Tapşırıq verilib ki, qış aylarında güclü qar yağdığı zaman və ya hər hansı digər fövqəladə halın - güclü küləyin, leysanın, zəlzələnin və ya digər təbii fəlakətin - baş verdiyi təqdirdə mobil rabitədə yarana biləcək problemləri nəzərə alaraq hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir. Planlara görə, rayon qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahlar yaradılıb”.
DYP müraciət edib
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, yanvarın 8-dən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alaraq sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməlidirlər.
“Təkərlərin qış mövsümünə uyğunluğu, şüşə silkəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə avtomobillərin idarə edilməsini tam təhlükəsiz şəraitdə, ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər. Bir daha sürücülərimizdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsinin tam sazlığını diqqətdə saxlamağı xahiş edirik”, - deyə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

