Varisi olmayan əmlakın aqibəti necə olacaq?
02.03.2023 [11:28]
Nicat Dilqəmli
Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur. Bununla bağlı “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.
Hazırda vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb. Məcəllənin vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi adlanan 1165-ci maddəsi bu məsələləri aşağıdakı kimi tənzimləyir:
Əgər qanun və vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olubsa, bu halda həmin şəxslərə məxsus daşınar əmlak sosial xidmət müəssisələrinin mülkiyyətinə keçir.
Bu səbəbdən qanunun 3-cü maddəsinin birinci hissəsinin beşinci abzasının ləğvi (varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak) təklif olunur. Bu müddəanın ləğvi hüquqi baxımdan bələdiyyələrin vəsiyyət üzrə əmlak əldə etmək imkanını aradan qaldırmır. Belə ki, qanunun 3-cü maddəsinin birinci hissəsinin altıncı abzası ilə “bələdiyyələrə vəsiyyət edilən əmlak” bələdiyyə əmlakının yaranması mənbələrindən biri kimi təsbit edilib.
Təklif edilən dəyişiklik özündə bir sıra müsbət məqamları ehtiva edir. Belə ki, vərəsələri olmayan əmlakın dövlətin balansına keçməsi bil?vasitə vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan əmlak məsələləri üzrə mütəxəssis Ramil Qasımzadə qeyd edilən dəyişikliyi müsbət qiymətləndirərək bunun sahibsiz əmlakların faydalı istifadəsi baxımından faydalı olmasını bildirib: “Bu, çox müsbət bir addımdır. Hesab edirəm ki, belə də olmalıdır. Çünki vərəsəsi olmayan şəxslərin əmlakının dövlət nəzdinə keçməsi düzgün və məntiqlidir. Dövlət nəzdinə keçirildikdə həmin əmlakların faydalı istifadəsi təmin edilə bilər. Çünki əgər daşınmaz əmlakdırsa, onun hərrac vasitəsilə satılması və vəsaitinin dövlət büdcəsinə köçürülməsi, həm də həmin əmlakların özündən də faydalı istifadə etmək imkanı yaranır. Bu baxımdan, hesab edirəm ki, bu düzəlişin edilməsi gələcəkdə həm vərəsəsi olmayan şəxslərin əmlakının dövlət nəzdinə keçirilməsi, həm də ümumiyyətlə, həmin vətəndaşların sosial təminatlarının yaxşılaşdırılması baxımından əhəmiyyətli bir addım olar”.
Əmlak eksperti hazırda bir çox hallarda bələdiyyələrin hesabına keçirilən sahibsiz əmlakların idarə olunmasının həyata keçirilmədiyini də diqqətə çatdırıb: “Məlum olduğu kimi, hər bir şəxs vəfat etdikdən sonra onun vərəsəsi 6 ay ərzində müvafiq qurumlara müraciət edərək həm onun əmlakı, həm də öhdəlikləri ilə bağlı vəzifələrə sahib çıxmalıdır. Yəni, vərəsəsi elan edilməlidir. Əgər qeyd edilən müddət keçirsə, artıq məhkəmə qaydasında müəyyən olunur. Təbii ki, elə şəxslər olur ki, onların vərəsəsi müəyyən olunmur. Bir çox hallarda belə əmlaklar baxımsız qalır. İndiyə qədər qanunvericiliyə əsasən, sahibsiz əmlaklar bələdiyyələrin hesabına keçirilirdi. Amma bələdiyyələr tərəfindən həmin əmlakların idarə olunması, demək olar ki, həyata keçirilmirdi”.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

