Evlərin alqı-satqısında yeni qayda
31.08.2023 [11:31]
Çirkli pulların yuyulmasına qarşı...
Evlərin alqı-satqısı ilə bağlı yeni qaydalar müəyyənləşib. Belə ki, Nazirlər Kabineti (NK) “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Məlumdur ki, notariuslar evlərin alqı-satıqısı zamanı sənədlərin düzgünlüyünü yoxlayaraq satış prosesini rəsmiləşdirirlər. Yeni qaydalara əsasən isə daşınmaz əmlakların alışı və satışı baş tutarkən notariuslardan əlavə fəaliyyət tələb olunacaq. Bu tələb evlərin alqı-satqısında əməliyyatın predmeti olan əmlakın cinayət yolu ilə əldə edilməsinə dair şübhəli məqam olduqda notariusların aidiyyəti qurumlara məlumat verməsidir. Məsələn, notariuslar satış prosesində cinayət tərkibi kimi xoşagəlməz hallardan şübhələndikdə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.
Yeni qərarla bağlı açıqlama verən daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, bu dəyişiklik çirkli pulların yuyulmasına qarşı olan tədbirlər kimi dəyərləndirilə bilər. Ekspert “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmiz terrorçuluqla bağlı bir sıra konvensiyalara qoşularaq, çirkli pulların yuyulmasına qarşı, eləcə də beynəlxalq terrorla mübarizəyə dair beynəlxalq sənədlərə imza atıb: “Bu sənədlər çərçivəsində ölkəmizdə maliyyə monitorinq xidməti tərəfindən şübhəli olan hesablardan və şübhəli şəxslərdən gələn vəsaitlər araşdırılır. Bu kimi məlumatlar olduqda həm Dövlət Təhlükəsizlik Xidməti (DTX), həm maliyyə monitorinq xidməti tərəfindən araşdırmalar aparılır. Məlumdur ki, bir sıra hallarda çirkli pullar hesabına daşınmaz əmlaklar alınır. Yeni qərarla isə belə halların qarşısını almaq üçün notariuslara da göstəriş verilib ki, bu cür şübhə yaradan hallarla rastlaşacaqları təqdirdə məlumat versinlər. Qərar terrorçularının maliyyə vəsaitlərinin və çirkli pulların hər hansı bir dövriyyəsinin qarşısını almaq məqsədi daşıyır. Qərarın bütün incəllikləri ilə bağlı detallı məlumat vermək çətindir, çünki xüsusi dövlət mühafizə xidməti, maliyyə monitorinq xidməti bu sahədə fəaliyyəti həyata keçirirlər. Məlum olduğu kimi, terror şəbəkəsi bir neçə ölkəni əhatə edir deyə informasiyalar adətən gizli saxlanılır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

