Qaz limitləri nə vaxt yenilənəcək?
28.12.2023 [11:00]
2023-cü ilin başa çatmasına sayılı günlər qalır. Bu ərəfədə ölkə üzrə insanları qayğılandıran əsas məsələlərdən biri də qaz limitinin nə vaxt sıfırlanacağı ilə bağlıdır. Xüsusilə də il ərzində aşağı tarifli limiti aşan abonentlər sayğaclarda limitlərin hansı tarixdən sıfırlanmacağı xəbərini səbirsizliklə gözləyirlər. Bəs qarşıdan gələn 2024-cü il üçün qaz limitlərinin tətbiqinə nə vaxtdan başlanılacaq?
Ölkədə qaz istehlakının limitlər üzrə tənzimlənməsi
Azərbaycanda sosial amil - istehlakçıların gəlir imkanları arasında fərq nəzərə alınmaqla elektrik enerjisinin və mavi yanacağın satışı tənzimlənən qiymətlərlə həyata keçirilir. 2021-ci il 16 oktyabr tarixində Tarif Şurası təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərini sonuncu dəfə tənzimləyib. Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün ildə 1200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan sərfiyyat üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb. O cümlədən respublika ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün illik 5000 m3 qaz limiti ayrılıb. Bu həcmdə limiti aşan məscid və məbədlər əlavə qaz istehlakına görə müvafiq qaydada ödəniş həyata keçirirlər.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 597 731 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 63,4 faizi), 811 467 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 32,2 faizi) və 110 884 abonent isə 25 qəpik tariflə (ümumi abonentlərin 4,4 faizi) təbii qazdan istifadə edib.
Qaz limitlərinin yenilənməsi
Ölkəmizdə hər təqvim ilinin əvvəlində limitlərin yenilənməsi həyata keçirilir. Yuxarıda sadaladığımız fərqli limitlərin paketləri yalnız bir illik müddət üçün nəzərdə tutulur. Təqvim ili dəyişdikdə yeni ildə qaz istehlakının dəyərinin ödənişi həmin il üçün nəzərdə tutulan limitlərə uyğun qaydada aparılır.
Respublikamızda qaz limitlərinin yenilənməsi sayğac növləri üzrə müxtəlif qaydada həyata keçirilir. Smart kart tipli sayğaclarda bu, müvafiq proqram əsasında avtomatik qaydada tənzimlənir. Belə ki, hər il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə smart kart tipli qaz sayğaclarında limit avtomatik olaraq yenilənir. Beləliklə də, smart kart tipli sayğaclardan istifadə edən abonentlərin yanvarın ilk günlərində ödədikləri vəsaitlər yeni tariflərlə hesablanır.
Mexaniki sayğaclara gəldikdə isə, limitlərin yenilənməsini hələlik avtomatik rejimdə reallaşdırmaq mümkün deyil. Prosesi həyata keçirmək üçün mexaniki sayğacların göstəriciləri “Azəriqaz”ın əməkdaşları tərəfindən oxunaraq bazaya yerləşdir?lməlidir. Mexaniki sayğaclarda hesabat hər ayın 5-dən növbəti ayın 5-dək olan dövrü əhatə edir. Bayramlarla əlaqədar yanvarın ilk günlərində sayğacları oxumaq və göstəriciləri abonentlər üzrə bazaya yerləşdirmək mümkün olmur. Bu səbəbdən də mexaniki sayğaclar üzrə limitlərin yenilənməsi adətən yanvarın 7-10-dək uzanır.
Burada abonent hansısa böyük itkiyə məruz qalmır. Söhbət yalnız bir neçə gün gecikmədən gedir. Bütövlükdə abonentin aşağı tarifli paketinə heç bir xələl gəlmir - bu paketdən yalnız bir neçə gün gecikmə ilə bütün il boyunca istifadə edilir. Yalnız aşağı tarifli limit başa çatdıqdan sonra yüksək tarifli növbəti limit paketinə keçid edilir. Ancaq səbirsiz abonentlər üçün də çıxış yolu var. Limitin daha tez sıfırlanmasını arzulayan abonentlər yanvarın ilk günlərindən etibarən sayğaclarının müvafiq göstəricilərlə şəklini çəkib 077 3104104 nömrəsinin WhatsApp-ına göndərə bilərlər. Bunu edən abonentlərin limiti daha tez yenilənəcək.
Həmçinin “Azəriqaz” bir yeniliyə də start verib. Bu yenilik ötən ildən başlayaraq respublikamıza gətirilən xüsusi cihazlar vasitəsilə mexaniki sayğaclar üzrə də “ağıllı hesablama” sisteminə keçid edilməsi ilə bağlıdır. Bəhs olunan cihazlar mexaniki tipli sayğaclar üzrə mərkəzləşdirilmiş qaydada məlumatları öyrənir, onlayn ödənişi həyata keçirmək imkanı verir, debitor borc artdığı təqdirdə mərkəzləşdirilmiş qaydada abonentin qazını dayandırmaq və borc ödəndikdən sonra elə mərkəzləşdirilmiş qaydada da abonentin qazını bərpa etmək imkanı verir. Həmin cihazların quraşdırıldığı mexaniki sayğac sahiblərinin qaz limiti də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik yenilənir. Bu cihazlar ölkəyə “Azəriqaz”ın hesabına gətirildiyi üçün onların təchizatı mərhələli şəkildə baş tutacaq.
Xatırladaq ki, ölkəmizdə qazlaşdırmanın əhatə dairəsi ilbəil genişlənir. Bu göstərici hazırda respublikamızda 96 faizi ötüb. O cümlədən indiyədək heç vaxt qaz təchizatı olmayan ucqar dağ kəndlərində də müvafiq infrastruktur qurulub və evlərdə mavi yanacaq alovlanır. Cari il sentyabr ayının 1-nə olan məlumata görə, “Azəriqaz” üzrə ümumi abonent sayı 2,554 milyona çatıb ki, onlardan 2,513 milyonu əhali kateqoriyasına aid abonentlərdir. Əhali kateqoriyasına aid abonentlərin 927 mini (36,9 faizi - red.) smart kart tipli sayğaclarla təmin edilib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

