Zəlzələdən ciddi ziyan çəkmiş kəndlərin əhalisi dövlətə inanır və etibar edir
16.05.2012 [01:48]
Məlum olduğu kimi, mayın 7-də Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ olub. Həmin gün axşam saat 19.15-də zəlzələnin episentrində 12 ballıq cədvəl üzrə 7 bal gücündə baş verən təkrar yeraltı təkan daha ciddi dağıntılar törədib. Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözparaq, Mamrux, Zəyəm, Muxax, Bazar, Qımır və çobankol, eləcə də, Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndlərində ciddi dağıntılar baş verib. Prezident İlham Əliyevin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyinin səyləri nəticəsində qısa müddət ərzində araşdırmalar və yoxlamalar aparılıb və məlum olub ki, təbii fəlakət zamanı heç kəs həlak olmayıb. Lakin zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçub, ya da qəzalı vəziyyətə düşüb. çoxlu sayda sosial obyektə də ciddi ziyan dəyib. Zaqatala rayonu üzrə uçulmuş evlərin sayı 274, qəzalı evlərin sayı isə 2052-dir. Balakən rayonunda uçulmuş ev qeydə alınmayıb, qəzalı evlərin sayı 35-dir. Qax rayonu üzrə 250 uçulmuş ev var və 150 ev qəzalı vəziyyətdədir - cəmi 400 ev. Bu rayonlar üzrə uçulmuş evlərin sayı 524, qəzalı evlərin sayı 2237 və bütün bunların hamısının cəmi 2761-dir. Sosial obyektlərlə bağlı - bütün bu üç rayonda 74 məktəb ciddi zərər çəkib ki, bunların hamısı yenidən tikilməlidir. Həmçinin, 48 uşaq bağçası, 2 lisey, 40 inzibati bina, 9 tibb məntəqəsi, 4 məscid - cəmi 177 sosial obyekt uçulmuş və ya qəzalı vəziyyətdədir.
Qeyd edək ki, zəlzələ nəticəsində evləri dağılmış kənd sakinlərinin müvəqqəti yaşamaları üçün 3000-dək çadır qurulub. Bununla yanaşı, hər bir ailəyə fərdi çadırlar, un, şəkər, yağ, uşaq yeməkləri, çay, yuyucu toz, sabun, uşaq üçün gündəlik paltarlar paylanıb, eyni zamanda, gündəlik yemək bişirmək üçün qaz balonları da verilib. çadırların qurulduğu ərazidə, həmçinin, səyyar tibb məntəqələri, səhra yeməkxanaları və digər sosial əhəmiyyətli ləvazimatlar yerləşdirilib, su maşınları isə vaxtlı-vaxtında insanları su ilə təmin edir. Bundan başqa, ərazidə mühafizə tədbirləri də görülüb. Bir sözlə, gördüyümüz mənzərə bir daha aydınlaşdırıb ki, zəlzələ nəticəsində evləri uçmuş insanların müvəqqəti olaraq, normal yaşayışını təmin etmək üçün hər bir şərait yaradılıb.
Xatırladaq ki, mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün Zaqatala və Qax rayonlarında olub, təbii fəlakətin vurduğu ziyanla və əhalinin vəziyyətilə maraqlanıb. Prezident İlham Əliyevin zəlzələ bölgəsinə tez bir zamanda gəlməsi və bütün lazımi göstərişləri verməsi əhali arasındakı təlaşı aradan qaldırıb, onlarda sabaha olan ümidləri artırıb. Biz bu yüksək əhval-ruhiyyəni Zaqatalanın ən çox ziyan dəydiyi Gözparaq kəndinin əhalisi ilə apardığımız söhbət zamanı da müşahidə etdik.
Bizimlə söhbət zamanı Prezident İlham Əliyevə minnətdarlığını bildirən Xanbala Abdullayeva deyib ki, onların bütün istəkləri qısa müddət ərzində təmin edilib. Onun sözlərinə görə, gündəlik istifadə üçün ehtiyac duyulan hər bir şey çadırların qurulduğu ərazidə var: “çox sağ olsunlar ki, zəlzələdən əziyyət çəkmiş bizlərə bu qədər böyük diqqət ayırırlar. Bizim bütün istəklərimizi, arzularımızı vaxtında yerinə yetirirlər, hətta deyirlər ki, evlərimizi də yaxın müddətdə tikib bizə verəcəklər. Buna görə, mən Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm və sevinirəm ki, dövlətimiz öz vətəndaşlarına qarşı laqeyd deyil”.
İsa Əliyev də onlara göstərilən münasibəti və dəstəyi çox yüksək dəyərləndirərək, vurğulayıb ki, 2008-ci ildə keçirilmiş seçkilərdə Prezident İlham Əliyevə verdiyi səsə görə yanılmayıb: “Bəli, çox sevindirici hal idi ki, zəlzələdən cəmi bir gün sonra Prezident İlham Əliyev rayona gəldi və bizimlə maraqlandı. Həmin ərəfədə Prezident İlham Əliyevin bizlərə dəstək olması, keçirdiyimiz ağır hissləri bölüşməsi unudulmaz hadisə idi. Dövlətimizə və Prezidentimizə çox minnətdarıq ki, bizi əziyyət çəkməyə qoymadı, bütün lazım olan hər bir şeylə təmin etdi. Mən düşünürəm ki, bu cür dövlət qayğısını dünyanın heç bir ölkəsində görmək olmaz”.
Hər kəsdən daha səbrli və inamlı görünən Məryəm Qazıyeva isə bunun səbəbini onlara münasibətdə dövlətin nümayiş etdirdiyi qayğıkeşliklə bağlayıb. Onun sözlərinə görə, kənd əhalisinə zəlzələ nəticəsində çox böyük zərər dəydi və demək olar ki, hamının evi uçdu: “çox güclü zəlzələ idi. Hər kəsin evi dağıldı. Amma xoşbəxtlikdən ölənlər olmadı. İnsanların zəlzələnin nəticələrindən sağ-salamat qurtarmasında dövlətin də böyük rolu oldu. Hər bir şərait yaradıldı ki, daha çox əziyyət çəkməyək. Baxın, çadırlar qurulub, gündəlik istifadə üçün nə lazımdırsa, gətirilib, hətta qapımızın ağzında özümüzü həkimlərə belə yoxlatdıra bilirik. Bu Azərbaycan dövlətinin gücüdür, qüdrətidir və biz sadə vətəndaşlara olan diqqətidir. Mən bir daha Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Daha çox dövlətin əhali üçün tikəcəyi evlərdən söz açan kənd sakini Mahir İsayev də sevincini gizlədə bilməyib: “Görünməmiş bir haldır. Dövlət bizim üçün pulsuz evlər tikəcək, həmçinin, inşaat zamanı bizlərə maaş da verəcək. Ən əsası da odur ki, cənab Prezidentimiz İlham Əliyev rayona gələndə göstəriş verdi ki, tikiləcək evlərin layihəsi, quruluşu ev sahiblərilə birgə hazırlansın, həyata keçirilsin. Hələ ki, təkanlar var və buna görə də, tikintini yəqin ki, yaxın müddətdə başladacaqlar”.
Qurban Əliyev isə zəlzələdən əziyyət çəkmiş insanlara göstərilən dövlət qayğısına görə, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və deyib ki, dövlət başçısının atdığı hər bir addım insanların daha yaxşı yaşamasını təmin etmək üçündür.
Bir sözlə, Gözparaq kəndinin sakinlərilə apardığımız söhbət zamanı bir daha vurğulanıb ki, Prezident İlham Əliyevin rayona gəlməsi və yerində göstərişlər verməsi əhalidə zəlzələnin vurduğu ziyanın tezliklə aradan qaldırılacağı ilə bağlı əminlik yaradıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25

