Heydər Əliyevin doğum günü Qaradağ rayonunda geniş qeyd ediləcək
16.04.2024 [19:17]
Aprelin 16-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar təşkil ediləcək tədbirlərlə bağlı görüş keçirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının məsul əməkdaşları, “Kainat” təhsil mərkəzinin və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümyəndələri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov qarşıdan Ulu Öndər Heydər Əliyevin doğum gününün gəldiyini xatırladıb. Ümummilli Liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini qeyd edən YAP rayon təşkilatı sədrinin müavini bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra məhz bu dahi şəxsiyyətin gərgin əməyi, titanik fəaliyəti və yuxusuz gecələri nəticəsində ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən xaos və dərəbəylik aradan qaldırılıb, onun müəyyən etdiyi inkişaf strategiyası dövlətimizin müstəqilliyini möhkəmlətməklə yanaşı, sürətli inkişafın əsasını qoyub. Ulu Öndərin bu siyasətini uğurla davam etdirən, onun ən layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atan Azərbaycan bütün çətinlikləri aradan qaldıraraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Görüşün məqsədi barədə danışan F.Qurbanov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar YAP Qaradağ rayon təşkilatı tərəfindən keçiriləcək tədbirlər barədə məlumat verib. O, bildirib ki, əsas məqsədi Ulu Öndər Heydər Əliyevin siyasi irsini geniş təbliğ etmək, gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi olan tədbirlər rayon təhsil müəsisələrinin yuxarı sinif şagirdlərini əhatə edəcək. Bu məqsədlə onların iştirakı ilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi, bilik olimpiadası və velosiped yarışının təşkili nəzərdə tutulub.
Qaradağ rayonunda yerləşən “Kainat” Təhsil Mərkəzinin direktoru Məlahət Budaqova çıxış edərək keçiriləcək tədbirlərin əsasnamələri və qiymətləndirmə qaydaları barədə ətraflı məlumat verib.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

