Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Lerik rayonunda "Liderliyə gedən yol" "Yay məktəbi"nin üçüncü mərhələsi davam edir

Lerik rayonunda "Liderliyə gedən yol" "Yay məktəbi"nin üçüncü mərhələsi davam edir

18.07.2012 [23:06]

Xəbər verildiyi kimi, iyul ayının 16-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkil  etdiyi “Liderliyə gedən yol” “Yay məktəbi”nin üçüncü mərhələsi  Lerik rayonunda da öz işinə başlayıb. “Yay məktəbi”nin üçüncü günündə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar keçirilib.
öncə “Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi” mövzusunda treninq keçirilib. Müzakirə formatında davam edən treninqdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə və gənc fəallar kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizminin əsaslarından, medianın cəmiyyət həyatına mümkün təsirlərindən, ictimai-siyasi proseslərin obyektiv işıqlandırılması işində mətbuatın pozitiv və neqativ təsirlərindən bəhs ediblər. Qeyd edilib ki, media XXI əsrdə ən güclü təsir və tənzimetmə mexanizmi olmaqla yanaşı, həm də avanqard ideoloji vasitədir.
Azərbaycanda mətbuatın inkişafına yüksək dövlət diqqətinin və qayğısının olduğunu qeyd edən millət vəkili bildirib ki, ölkəmizdə mövcud olan söz, fikir və özünüifadə azadlığı müstəqil medianın başlıca göstəricisi kimi dəyərləndirilməlidir. Qeyd edilib ki, ictimai-siyasi prosesləri işıqlandıran jurnalist, ilk növbədə, milli maraqları əsas götürməli və dövlətçiliyə əsaslanan fəaliyyət mexanizmi seçməlidir.
Daha sonra gənc fəallar media təsisatının fəaliyyət mexanizminin əsasları və milli mətbuatımızın inkişafı barədə müzakirələr aparıblar.
Yeri gəlmişkən, “Yay məktəbi”ndə iştirak edən gənclər də tədbirin təşkil olunma səviyyəsini, aparılan diskussiyaları olduqca yüksək qiymətləndirirlər. Məsələn, Tairə Axundova deyib ki, bu gün cəmiyyətimizdə sağlam ruhlu gənclərin yetişməsi və gənclərin intellektual potensialından səmərəli istifadə olunması istiqamətində Yeni Azərbaycan Partiyası özünəməxsus rol oynayır: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə səmərəli gənclər siyasəti həyata keçirilir. Bu, milli inkişafımıza təkan verir”.
Elşad Əzimovun isə sözlərinə görə, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Yay məktəbi” gənclərin aktivliyinə təkan verir. O bildirib ki, dövlətin gənclər siyasəti mühüm strateji əhəmiyyət kəsb edir və gənclər tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.
“Yay məktəbi” gənclərə asudə vaxtlarını səmərəli dəyərləndirməyə imkan verir. Bu, həm də əhəmiyyətli təcrübə mənbəyidir. Mən gənclərə göstərdiyi xüsusi diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına təşəkkürümü bildirirəm”. Bu sözləri isə Məhəmməd Əsədov deyib.
KAMRAN
Paylaş:
Baxılıb: 1156 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30