Azərbaycan regionda dayanıqlı sülhün tərəfdarıdır
07.05.2024 [11:32]
07 may 2024-cü il tarixində Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və dini-mənəvi dəyərlərə dərin ehtiramın ifadəsinə çevrilən bir ölkə kimi tanınır. Son illər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər bir daha sübüt edirki, Azərbaycan dünyanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Ölkəmiz həmçinin, regional lider kimi qlobal problemlərin həllində platforma rolunu oynayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə baş tutmuşdur. Elə həmin ilin 27 may tarixində cənab Prezident İlham Əliyevin imzaladığı Fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildə bir dəfə Azərbaycanda keçirilməsi qərara alınıb. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında keçirilib. Forumda ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 may - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr edilən layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumdakı çıxışında əsrlər boyu Azərbaycanın mədəniyyətlərin qovuşduğu məkan olduğunu, ölkəmizin coğrafi mövqeyinin, Şərqlə Qərb arasında yerləşməsinin bu tendensiyaya imkan yaratdığını diqqətə çatdırdı. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyətinin əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxladıqlarını vurğuladı. Azərbaycanda yaşayan insanların, müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşadıqlarını, onların Azərbaycanın dəyərli vətəndaşları, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanları olduqlarını qeyd etdi.
Azərbaycan Prezidenti ölkəmizin qəti şəkildə çoxtərəfliliyə sadiqliyini, bu çoxtərəflilik dəyərlərin 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edildiyini bildirdi. 2019-2024-cü illərdə Qoşulmama Hərəkatının sədri olmuş və bu gün də qurumun aparıcı üzvlərindən biri kimi çıxış edən Azərbaycanın fəaliyyətində müstəmləkə tendensiyalarına qarşı mübarizə xüsusi yer tutur. Bu, obyektiv siyasi reallıqdır ki, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməli, onlar yaddan çıxarılmamalıdırlar. Avropa təsisatlarının Avropa məkanında olmayan ölkələrin daxili işlərinə müdaxilə cəhdləri, Avropa Parlamenti və AŞPA-nın bununla bağlı səssizliyi də xoş olmayan tendensiyalardan xəbər verir. Avropa təsisatlarının belə sükutu yeni müstəmləkə tendensiyalarının təzahürüdür.
30 il ərzində insanlarımızın çəkdikləri əzab-əziyyətlərə, beynəlxalq hüququn pozulmasına, işğal altındakı ərazilərdə bütün mədəni, tarixi məkanlarımızın, o cümlədən 67 məsciddən 65-nin erməni vandalları tərəfindən tamamilə məhv edilməsinə rəğmən bəzi ölkələrin son proseslərdə də Ermənistana dəstək verməsi necə ədalətsiz dünyada, necə ikili standartların əhatəsində yaşadığımızı göstərir. Amma bütün maneələrə baxmayaraq, bu gün Azərbaycan və Ermənistan müsbət tendensiyaya, sülhə doğru gedir. Artıq sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə öz arasında nail olub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil. "Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər".
Azərbaycan Prezidenti cənab İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və ümumən dünya ictimaiyyəti ilə bölüşdüyü fikirlər ölkəmizin liderliyi ilə Cənubi Qafqazda yeni bir gələcəyin başlandığını göstərir. Bu gələcəyin mənzərəsi sülh, rifah, dayanıqlı inkişaf olacaq. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün bərqərar olması istiqamətində mühüm əhəmiyyətə malik olacaqdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

