Tarix yaradan şəxsiyyət
10.05.2024 [11:56]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan xalqının tarixində Ulu Öndər Heydər Əliyev müstəsna yer tutur. Əslində, Heydər Əliyev tarix yaradan şəxsiyyətdir. Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü respublikamızın bütün guşələrində böyük coşğu ilə qeyd olunur. Ulu Öndərimizin anadan olduğu 10 May tarixini xalqımız milli bayram səviyyəsində qəbul edir. Ulu öndər Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının qəlbində özünün abidəsini ucaldıb. Tarixi təcrübə göstərir ki, xalqların rifahını, dövlətlərin isə yüksəlişini, intibahını və inkişafını təmin edən amillər sırasında lider fenomeni və ya liderlik faktoru xüsusi yer tutur. Analitiklər, tədqiqatçılar liderləri adətən tarixi şəxsiyyət kimi təsvir və təqdim edir. Amma yüksək idarəetmə mədəniyyətinə və qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, vətənpərvərlik ruhuna və Vətən sevgisinə malik olan, xalqın dəstəyinə arxalanan alan liderlər yeni tarix yazır və yaradır və tarixə çevrilirlər – ictimai-siyasi yaddaşa əbədi həkk olunurlar. Eynilə Azərbaycan xalqının ümummilli lideri, müdrik dövlət xadimi Heydər Əliyev kimi.
Ulu öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir. Çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. Ümummilli Liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. İlk növbədə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev müstəqillikdən öncə respublikamızın perspektivi üçün güclü iqtisadi dayaqlar, siyasi sütunlar yaratmağa müvəffəq olub. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev islahat xarakterli tədbirlər vasitəsilə respublikamizin tənəzzüldən xilas edərək inkişaf yoluna çıxmasını təmin edib. Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilib, güclü kadr bazası formalaşdırılıb. Ulu Öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyi Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Bununla yanaşı, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də mühüm ictimai-siyasi və ideoloji əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycan dövlətçiliyinin siyasi və ideoloji əsaslarının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqilliyə gedən yolda müstəsna önəm daşıyıb.
Bu gün haqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur. Və iftixarla vurğulamaq lazımdır ki, müasir müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir. Müstəqillik illərinin hadisələri və prosesləri bu təkzibedilməz reallığı tam təsdiqləyir.
Müstəqillik illərinin ən mühüm hadisələrindən biri 21 noyabr 1992-ci il tarixdə təsis konfransı keçirilən YAP qısa müddət ərzində təşkilatlandı, siyasi səhnədə yüksəlişə keçdi. Heydər Əliyev və rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası olduqca mürəkkəb şəraitdə - ağır durumda olan Azərbaycan xalqının inam və etimad ünvanı idi. Qısa müddət ərzində xalqımızın dəstəyi ilə hakimiyyətə gələn partiya ümidləri doğrultdu, Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına və inkişaf diyarına çevrilməsini təmin etdi. Heydər Əliyev həmin mürəkkəb, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı dövrdə xalqımızın xilaskarlıq rəmzinə çevrildi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazıldı.
Ulu Öndərin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövr sabitlik və inkişaf dönəmi kimi ictimai-siyasi tariximizin yaddaşına yazılıb. Azərbaycan xaos, anarxiya, tənəzzül və böhrandan xilas olaraq inkişaf, tərəqqi yoluna qədəm qoydu, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanındı.
Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında ən böyük – misilsiz xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndər özündən sonra Azərbaycana şərəflə, ləyaqətlə və uğurla rəhbərlik edərək xalqın rifahını, dövlətin isə mənafeyini təmin edəcək qətiyyətli lider yetişdirməklə tarixi missiya yerinə yetirdi. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq regionun lider dövlətinə, etibarlı və perspektivli tərəfdaşa çevrilib, qalib ölkə adı və statusu qazanıb.
Bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır. Şübhəsiz ki, çoxəsrlik dövlətçilik tarixində heç vaxt bu qədər qüdrətli olmayan Azərbaycan hər birimizin – dünya azərbaycanlılarının sonsuz qürur və iftixar mənbəyidir!
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

