“Dünya tarixində iz qoymuş Nadir Şəxsiyyət”
17.05.2024 [14:39]
17 may 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin və dövlətçilik təcrübəsinin geniş təbliği ilə əlaqədar “Dünya tarixində iz qoymuş Nadir Şəxsiyyət” mövzusunda tədbiri keçirildi.
Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı çoxşaxəli fəaliyyətindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazanmasındakı misilsiz xidmətlərindən geniş bəhs etdi. Rayon İcra Hakimiyyətinin başçısı bu gün Ulu Heydər Əliyev ideyalarının, onun dəsti - xəttinin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən də geniş bəhs etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana geri qaytarılması münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bunu dövlətimizin növbəti uğuru, zəfəri kimi qiymətləndirdi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışdı. Rayon təşkilatının sədri qeyd etdi ki, Dahi Rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. Natiq vurğuladı ki, xalqımızın Böyük Xilaskarı, Dahi Şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün, zaman - zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır. Sonda rayon təşkilatının sədri rayonun 4 kəndinin Azərbaycana geri qaytarılması münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin gələcəkdə də yeni-yeni uğurlara, qələbələrə imza atacağına böyük əminliyini bildirdi.
Tədbirdə partiya veteranları Abbas Göyüşov, Bəsti Ələkbərova, partiya fəalı Könül Butayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs etdilər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi yaşayacağını bildirdilər və Dahi Rəhbərə rəhmət dilədilər. Partiya veteranı, şair Cavanşir Rüstəm Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlərini səsləndirdi.
Tədbirdə YAP Qazax rayon təşkilatının ilk sədri, partiya veteranı Abbas Göyüşova "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim edildi.
YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri verildi.
Sonda 3 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirirlər.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

