Partiyanın ideya və məqsədləri YAP Sabunçu rayon təşkilatının əsas iş prinsipidir
02.10.2012 [17:04]
Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatı da Bakı şəhərinin aparıcı təşkilatlarından biridir. Bakı şəhərinin qədim tarixə malik qəsəbələrini əhatə edən təşkilat insanlarla qurduğu ünsiyyət və münasibətlər nəticəsində bu ərazidə yüksək fəallığı təmin etməyi bacarıb. Əlbəttə ki, yüksək fəallığın təşkil edilməsində təşkilatın bütün əməkdaşları və onlar üçün yaradılmış şərait də əhəmiyyətli rol oynayır.
2009-cu ildə YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədovun iştirakı ilə açılışı olmuş təşkilatın yeni üçmərtəbəli qərargahı yüksək səviyyədə təchiz edilib. Binada Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, guşəsi yaradılıb, eyni zamanda, aparat rəhbəri, təlimatçılar, həmçinin, texniki əməkdaşlar üçün bütün lazımi şəraiti olan otaqlar istifadəyə verilib. Peşəkar işçilərdən ibarət kollektivin səmərəli fəaliyyəti məhz, uğurlu nailiyyətlərin əldə edilməsinə səbəb olur. Qeyd edək ki, rayon təşkilatının 9 işçisi var. Aparat rəhbərilə bərabər 2 təlimatçı, mühasib, kompüter mütəxəssisi, texniki işçi və mühafizəçi işləyir.
Sədr - Mehriban Abasquliyeva
Üzvlərin sayı - 8087 nəfər
Şura - 29 nəfər
İdarə Heyəti - 15 nəfər
Nəzarət- Təftiş qrupu - 3 nəfər
Qadınlar - 4342 nəfər
Gənclər - 2826 nəfər
Ali təhsillilər - 4138 nəfər
İlk təşkilatların sayı - 115
Təsis olunduğu tarix- 26.02.1993
Təşkilatın ünvanı - Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 33a
Əlaqə telefonları - 012-428-96-10; 012-429-99-50
1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan və 2007-ci ildən partiyanın Sabunçu rayon təşkilatının sədri seçilmiş Mehriban Abasquliyeva deyir ki, onlar üçün qürurverici hadisə ondan ibarətdir ki, Ümummilli lider Heydər Əliyev ilk olaraq, məhz Sabunçu rayonundakı görüşünü partiyanın təşkilatının qərargahında keçirib: “1998-ci ildə Ulu öndər Heydər Əliyev seçkiöncəsi Bakı şəhərinin qəsəbələrində görüşlər keçirirdi. Lakin sonradan Ümummilli lider YAP rayon təşkilatlarının birində də görüş keçirməyi qərara alır. Bununla bağlı, Bakı şəhərinin bütün rayon təşkilatlarına baxış keçirilir və qərar verilir ki, bu görüş məhz, YAP Sabunçu rayon təşkilatının qərargahında olsun. Əlbəttə ki, Ulu öndər görüşdən yüksək təəssüratla ayrıldı, bütövlükdə partiyanın fəaliyyətini yüksək dəyərləndirdi. Bu tarixi fakt hər bir sabunçuluda qürur hissi yaratdı və daha fəal işləməyə sövq etdi”.
Onun sözlərinə görə, təşkilat təsis olunarkən, Ulu öndərin tərəfdarlarına çox böyük təzyiqlər olub: “Lakin bunlara baxmayaraq, Ümummilli lider Heydər Əliyevə sevgisi olan insanlar təşkilatın ətrafında sıx birləşdilər və anti-milli hakimiyyətə qarşı birgə mübarizə apardılar”.
Qərargahın pariya üzvü olmayan insanların da üzünə açıq olduğunu söyləyən M.Abasquliyeva rayon sakinlərinə göstərilən münasibətdən də danışır. Deyir ki, müəyyən problemlə bağlı müraciət etmiş insanlara maksimum şəkildə köməklik göstərilir. Rayonun ərazisində qaçqın və məcburi köçkünlərin olmasını diqqətə çatdıran təşkilat sədri bildirir ki, daim həmin kateqoriyadan olan insanlarla da ünsiyyət qurulur, yardımlar edilir: “Bundan başqa, biz tez-tez kimsəsiz, tənha uşaqların olduğu məktəblərdə, evlərdə də oluruq, onların problemlərilə maraqlanırıq”.
Təşkilat kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir
Partiya təşkilatının işindən razılıq ifadə edən, M.Abasquliyeva deyir ki, onlar kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verirlər. “115 ərazi ilk partiya təşkilatında birləşmiş 8087 nəfər hər zaman partiya işində iştirak etməyə hazır olan insanlardır. Hazırda partiyaya üzv olmaq üçün fərdi qaydada müraciət edənlərin sayının çox olması bizim daha məsuliyyətli olmağımıza səbəb olub. Müraciət etmiş fərdlərlə ya aparat rəhbəri, ya da İdarə Heyətinin üzvləri söhbətlər aparır, onların partiyaya üzv olmaq məqsədlərini araşdırır və məqsədəmüvafiq olursa, həmin şəxslər üzvlüyə qəbul edilirlər” - deyə təşkilat sədri əlavə edib.
Əvvəllər təşkilatın sədri olmuş Vahid Qurbanov, həmçinin, sədrin hazırki müavinləri Məhərrəm Mehrəliyev və Bəxtiyar Qasımov da işin təşkilinə öz töhfələrini verirlər. V.Qurbanov deyir ki, bu gün YAP Sabunçu rayon təşkilatının sıraları çox güclənib, təşkilatın ətrafında milli dövlətçiliyi müdafiə edən insanlar birləşib. Məhərrəm Mehrəliyev isə bizimlə söhbəti zaman deyib ki, rayon təşkilatının fəaliyyəti keyfiyyət baxımından daha da yaxşılaşıb. Onun sözlərinə görə, bu gün təşkilat rayonun ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Bəxtiyar Qasımov isə rayon əhalisinin siyasi mövqeyini təqdir edərək, deyir ki, hazırda insanların böyük əksəriyyəti Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevi dəstəkləyir, partiya işində yüksək fəallıq nümayiş etdirir.
Qadınlar da rayonda xüsusi fəallıq nümayiş etdirirlər
Hər bir rayonda olduğu kimi, Sabunçuda da qadınların yüksək aktivliyi müşahidə olunmaqdadır. Təşkilatın Qadınlar Şurasının sədri Elnarə Tağıyeva söyləyir ki, əvvəlki vaxtlarda Bakı qəsəbələrinin adət-ənənəsindən irəli gələrək, qadınlar passiv idilər. “Lakin sonrakı illərdə ölkəmizin daha da inkişaf etməsi, insanların rihaf halının yüksəlməsi, dövlətin məqsədyönlü qadınlar siyasəti aparması rayonumuzda da fəallığı artırdı. Artıq yerlərdən müraciətlər və təşəbbüslər oldu”, - deyə vurğulayan E.Tağıyeva əlavə edir ki, bu da təşkilatın fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir.
Onun sözlərinə görə, partiyanın yaranmasının 20 illiyi münasibətilə 4342 nəfərlik üzvü olan Qadınlar Şurasının da tədbirlər planı hazırlanıb: “Düşünürük ki, hər zaman olduğu kimi, bu dəfə də qadınların yüksək fəallığı ilə müşahidə olunan tədbirlər baş tutacaq və biz də bu işə öz töhfəmizi vermiş olacağıq”.
Gənclər virtual aləmdə də fəallığını yüksəldiblər
Gənclər isə hər zaman olduğu kimi, proseslərin öndə gedən qüvvə olaraq ictimai-siyasi proseslərə həlledici təsir göstərə bilirlər. Elə Sabunçu rayonunda da vəziyyət bu cürdür. Xüsusilə də, rayon təşkilatının ətrafında birləşmiş 2826 gənc daha aktivdir. Təşkilatın Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev söyləyir ki, gənclər, həmçinin, virtual aləmdə də yüksək aktivlik nümayiş etdirirlər. “Hazırda sosial şəbəkələrdə iş aparırıq. Fəallarımız partiya, dövlətçiliklə bağlı materiallar paylaşmaqla, böyük təbliğat sistemi qurublar. Burada ciddi müzakirələr aparırıq, mövzular yerləşdiririk, eyni zamanda, opponentlərimiz olursa, onlara həqiqətləri anladırıq”, - deyən R.Abbasəliyev rayon gənclərinin fəaliyyətini təqdir edir.
Onun sözlərinə görə, gənclərin fəaliyyət planı əvvəlcədən tutulur, ona uyğun olaraq da, işlər reallaşdırılır: “Amma, bir çox hallarda, xüsusi tədbirlərlə əlaqəli olaraq, əlavə işlər də həyata keçirilir. Bu işlər də öz növbəsində rayon gəncləri arasında məsuliyyəti və aktivliyi daha da artırır”.
Aparatın kollektivinin də təşkilatın ümumi uğurlarında payı var
Qeyd edək ki, hər bir rayon təşkilatının böyük uğurlar qazanmasında sistemli fəaliyyət nümayiş etdirən aparatın da əhəmiyyətli rolu var. YAP Sabunçu rayon təşkilatının aparatı da bu baxımdan önəmli paya sahibdir.
Təşkilatın aparatının təlimatçısı Alidə Aslanovanın sözlərinə görə, 115 ərazi ilk partiya təşkilatının fəaliyyətini koordinasiya edən aparatın işi yüksək dəqiqliklə müəyyənləşdirilib: “Təşkilatlar təlimatçılar arasında paylaşdırılıb. Bu paylaşma təbii ki, işin daha səmərəli qurulması üçündür”.
Onun sözlərinə görə, təşkilatlarla mütəmadi olaraq, əlaqələr qurulur, üzvlərin qəbulu və üzvlük haqlarının yığılması məsələləri həll edilir: “Bununla yanaşı, tez-tez təşkilatların tədbirlərində iştirak edirik, ortaya çıxmış müəyyən problemlərin həll edilməsinə köməklik göstəririk”.
Bütün ərazi ilk partiya təşkilatlarında Heydər Əliyev guşələrinin yaradıldığını vurğulayan təlimatçı söyləyir ki, mühüm tarixi günlərlə əlaqədar olaraq, tədbirlər də keçirilir: “Eyni zamanda, mütəmadi olaraq, təşkilatların sədrlərilə qərargahda görüşlər keçirilir, təlimatlar verilir. Bir sözlə, ərazi təşkilatlarının səmərəli fəaliyyətinin ümumi uğurumuzun təmin edilməsində mühüm payı var”.
Təşkilat səmərəli fəaliyyətini davam etdirəcək, qələbələrin əldə olunmasında əhəmiyyətli rol oynayacaq
Beləliklə də, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının fəaliyyətilə yaxından tanışlıq zamanı bir daha YAP-ın müasir siyasi partiyaya məxsus əsas xüsusiyyətlərini anlamış olduq. Təşkilatın siyasi partiya funksiyalarını yerinə yetirməklə yanaşı, eyni zamanda, rayonun sosial həyatında da yaxından iştirak etməsi, insanların problemlərinin həlli prosesində fəallıq nümayiş etdirməsi YAP-ın elə xalqın partiyası olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, təşkilatın qurduğu səmərəli fəaliyyət sistemi onun qarşısına qoyduğu hədəfə nail ola biləcəyinə əminlik yaradır.
Düşünürük ki, bu rayon təşkilatı da qarşıdan gələn ictimai-siyasi proseslərdə daha da aktiv olacaq və Yeni Azərbaycan Partiyasının yeni qələbələr qazanmasına özünəməxsus töhfələr verməkdə davam edəcək.
www.yap.org.az
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

