Yeni Azərbaycan Partiyası Xalqın Partiyasıdır
21.11.2024 [12:25]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, müdrik oğlu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir. Artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdı. Daxildə gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. Həmin dövrün çətinlikləri xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində əksini tapmışdı. Həmin müraciətdə bildirildi ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü fövlət xadimi qoyarsa o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. Ümummilli Lider Heydər Əliyev müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” fikirləri ilə yeni yaradılacaq partiyanın gələcəyinə böyük inamını ifadə etdi.
Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan Ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi.
Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.
Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün çağırışları əsasında YAP-ın yeni Proqramı hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi.Cənab Prezident İlham Əliyevin bəyan etdiyi bu proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.
Qeyd edək ki, Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir. Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir: – "Partiyanın inkişafı və uğurları”, "Siyasi dəyərlər və prinsiplər”, "Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, "Partiyanın əsas hədəfləri”.
Partiyanın 11 strateji hədəfi: "Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, "Güclü iqtisadiyyat və davamlı inkişaf”, "İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, "Şəffaflığın artırılması”, "Vətəndaş cəmiyyətinin inkişafı”, "Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, "Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, "Vətəndaş həmrəyliyinin təminatı”, "Milli maraqlar və xarici siyasət”, "Ordu quruculuğu” və "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”.
Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır.Azərbaycan qarşıdakı dövrdə də Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazanacaq, yeni strateji zirvələr fəth edəcək. 32 ilin uğurları gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Xalqımızın Yeni Azərbaycan Partiyasına inamı, etimadı böyükdür.Eləcə də qalib xalqın Zəfər partiyası olan YAP da bundan sonra qarşısında duran milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28

