Mühüm mesajlar
08.01.2025 [17:23]
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 dekabr 2024 cü il Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib.
Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı bir sıra səbəbləri açıqlayıb. Dövlətimizin başçısı müsahibəsində qeyd etdi ki, təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı.
Bundan əlavə, Prezident İlham Əliyev yaralılara tibbi yardım göstərilməsinin prioritet məsələ olduğunu vurğulayıb. Qəzadan sağ qalan sərnişinlərin həyatı xilas etmək üçün bütün zəruri addımlar atıldı və onların müalicəsi ən yüksək səviyyədə təşkil olundu. Prezident hadisənin təsirinin minimuma endirilməsi üçün dövlətin bütün resurslarını səfərbər etdiyini xüsusi qeyd etdi.
Rusiya tərəfindən hadisənin ört-basdır edilməsi istiqamətində cəhdlərin olması Prezident tərəfindən xüsusi vurğulandı. Rusiya bəzi hallarda qəzaya səbəb kimi quş toqquşması və ya qaz balonunun partlaması kimi absurd versiyaları irəli sürüb. Bu cəhdlər, dövlət başçısının dediyi kimi, Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında obyektiv mövqe nümayiş etdirmək səylərinə mane olmağa yönəlib. Azərbaycan tərəfi isə bu cür cəhdlərin yolverilməz olduğunu bildirərək, məsələnin ədalətli və şəffaf şəkildə araşdırılmasını təmin etmək üçün çalışır.
Qəzaya səbəb olan texniki və ya insan faktorlarını dəqiqləşdirmək üçün beynəlxalq ekspertizanın əhəmiyyəti Prezident İlham Əliyevin çıxışında xüsusi yer aldı. Dövlətimiz bu araşdırmanın təkcə milli səviyyədə deyil, beynəlxalq təşkilatlar və müstəqil ekspertlər tərəfindən aparılmasını təklif edib. Braziliyada təyyarənin istehsalçısı olan “Embraer” şirkəti Qazaxıstan hökuməti və digər beynəlxalq qurumların iştirakı ilə birgə işçi qrup yaradılıb.
Bundan əlavə, “qara qutu”ların oxunması prosesi də beynəlxalq müşahidə altında həyata keçirilir. Prezident qeyd etdi ki, bu cür şəffaf yanaşma yalnız hadisənin həqiqi səbəblərinin üzə çıxarılmasına deyil, həm də Azərbaycanın obyektiv mövqeyini təsdiqləməyə xidmət edir. Hökümət bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətini çəkərək, hadisənin obyektiv araşdırılmasını təmin etmək üçün hər cür səylər göstərir.
Cənab Prezident müsahibəsində pilotların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirdiyini və bütün ekipaj üzvlərinin böyük qəhrəmanlıq göstərdiyini xüsusi ilə vurğulamışdır. “Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var”, - deyə dövlətimizin başçısı qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

