Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın Sədr müavini Əli Əhmədov Lənkəranda partiya fəalları ilə görüşüb

YAP-ın Sədr müavini Əli Əhmədov Lənkəranda partiya fəalları ilə görüşüb

05.07.2013 [01:44]

Əli Əhmədov: 2-3 il bundan əvvəl erməniləri müdafiə etdiyinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına görə Rüstəm İbrahimbəyovu kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə namizəd göstərirlər. Hansı ağıl və hansı əsasla?
İyulun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov Lənkəran şəhər Heydər Əliyev Mərkəzində partiyanın şəhər təşkilatının fəalları ilə görüş keçirib. Görüşdən əvvəl şəhərin mərkəzi meydanında Ulu öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Tədbiri YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açıb. Bildirib ki, YAP Lənkəran şəhər təşkilatı hazırda 152 ilk ərazi təşkilatda 10 min 150 nəfəri birləşdirir, bunlardan 3850 nəfəri qadın, 3351 nəfərini gənclər təşkil edir. Təkcə son bir ildə partiya sıralarına 152 nəfər üzv qəbul edilib. Təşkilat sədri, həmçinin, şəhərdə gedən quruculuq işlərinə toxunub. O, bu işlərdə YAP üzvlərinin fəallığını qeyd edib. Sonra İ.Dadaşov bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərindən, partiya üzvləri arasında aparılan iş bölgüsündən və s. məsələlərdən danışıb.
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov çıxışında respublikada gedən geniş abadlıq və quruculuq işlərinə toxunub. İcra katibi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrildiyini, ölkədə əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən YAP-ın Sədr müavini bu siyasətin davamlı olması üçün oktyabrda keçiriləcək seçkilərdə yenidən İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinin vacibliyini xüsusi vurğulayıb.
Daha sonra Əli Əhmədov gənclərin, qadınların, böyük nüfuza malik rayon sakinlərinin təbliğat işlərində fəal iştirakının təmin olunmasının vacibliyini tövsiyə edib. Natiq ümid etdiyini bildirib ki, həmişəki kimi lənkəranlılar qarşıdakı prezident seçkilərində də hamılıqla YAP-ın Sədri, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Daha sonra İcra katibi Əli Əhmədov partiya fəallarını ayıq-sayıq olmağa, xırda nöqsanları şişirdib siyasi xal qazanmaq istəyən qüvvələrə qarşı tutarlı faktlarla fəal mübarizə aparmağa çağırıb. Bildirib ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur və “Milli şura”nı yaradanlar da bu reallığı dərk etməlidirlər: “Milli şura”nın siyasi perspektivləri və taleyinə gəldikdə isə, birmənalı şəkildə deyə bilərəm ki, bu gün kənar qüvvələrin diktəsi ilə yaradılan “Milli şura” deyilən qurumu Azərbaycan xalqı dəstəkləmir. Buna görə də, xalqa söykənməyən dəstənin ciddi bir siyasi şansı yoxdur”.
YAP-ın Sədr müavini-İcra katibi daha sonra əlavə edib ki, “Milli şura” deyilən qurumun özünə lider seçdiyi Rüstəm İbrahimbəyov 30 ildir Azərbaycanda yaşamır: “Bu adam düz-əməlli Azərbaycan dilini də bilmir. Azərbaycan mentalitetinə yad bir şəxsdir. 2-3 il bundan əvvəl erməniləri müdafiə etdiyinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına görə Rüstəm İbrahimbəyovu kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə namizəd göstərirlər. Hansı ağıl və hansı əsasla? Qətiyyətlə deyə bilərəm ki, bu qüvvələrin gələcək seçkilərdə cüzi bir şansı yoxdur. Xalq yalnız Azərbaycanı qısa müddətdə regionda lider dövlətə çevirən cənab İlham Əliyevə səs verəcək, - deyə Əli Əhmədov əlavə edib.
Tədbirdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, son illərdə rayona dövlətimiz tərəfindən yardımlar edilib. Hazırda rayonda geniş sosial layihələr həyata keçirilir - yeni su xətləri çəkilir, yollar əsaslı təmir olunur, kəndlər qazlaşdırılır. İcra başçısı görülən bütün işlərin Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində mümkün olduğunu və növbəti 5 il üçün Lənkəran əhalisinin mütləq əksəriyyətinin bu siyasətin davamı olaraq, prezident seçkilərində yeganə layiqli namizəd cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildirib.
Tədbirdə YAP Lənkəran şəhər təşkilatının fəallarından Güloğlan Bağırov, İbad Sadıqov və başqaları çıxış edərək bildiriblər ki, seçkilərdə fəal iştirak etməklə xalqımızın ən layiqli namizədi möhtərəm Prezident İlham Əliyevə səs verəcəklər.
Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak edib.

Paylaş:
Baxılıb: 1210 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30