Nizami rayonunda 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü qeyd edilib
24.06.2025 [17:15]
Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə “Qalib Azərbaycan Ordusu: qürur mənbəyi və yüksək peşəkarlıq nümunəsi” mövzusunda tədbir keçirib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Əliyev Anar Vaqif oğlunun həyat yoldaşı Vüsalə Əliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları 1918-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin - Milli Ordunun yaradılması tarixi və zərurəti barədə ətraflı məlumat veriblər.
Bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günü elan edilərək hər il təntənə ilə qeyd olunur. Ulu Öndərin dövlətçilik məktəbinin davamçısı, Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin misilsiz səyləri nəticəsində Azərbaycan ordusu daha da güclənib və dünyanın ən güclü orduları sırasında öz yerini tutub.
Qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələri tariximizə Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ savaşı zamanı dünya hərb tarixinin ən şanlı səhifələrindən birini yazıb. 44 günlük müharibənin gedişində dünya dövlətimizin qüdrətinin, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının sarsılmaz birliyinin və əzminin şahidi olub. Beynəlxalq ictimaiyyət bir daha Prezident, Ali Baş Komandan İlham Əliyevi praqmatik lider, güclü sərkərdə, tədbirli siyasətçi və nüfuzlu dövlət xadimi kimi daha yaxından tanımaq imkanı tapıb.
Diqqətə çatdırıblar ki, Milli Ordunun yaranması gününü artıq qalib xalq kimi qeyd edirik. Bu mənada təsadüfi deyil ki, bu gün qalib Azərbaycan Ordusu hər bir azərbaycanlının qürur və fəxarət mənbəyidir.
Natiqlər şanlı Silahlı Qüvvələrimizin yaranmasının 107-ci ildönümü ərəfəsində Qarabağın və Şərqi Zəngəzurun hər qarışında üçrəngli bayrağımızın qürurla dalğalanmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarlıq ifadə ediblər.
Çıxışlardan sonra respublikamızın və Nizami rayonunun ictimai həyatında fəal iştirak edən bir qrup şəhid ailəsi nümayəndələrinin və qazilərin təltifetmə mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

