Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ötən 10 il ərzində əldə edilmiş möhtəşəm uğurlar Azərbaycanın doğru yolda olduğunu sübuta yetirib

Ötən 10 il ərzində əldə edilmiş möhtəşəm uğurlar Azərbaycanın doğru yolda olduğunu sübuta yetirib

18.09.2013 [10:42]

YAP Gəncə şəhər təşkilatı Yeni Gəncə yaşayış massivindəki “Novruz” meydanında seçicilərlə ilk təşviqat görüşünü keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Gəncə yaşayış massivindəki “Novruz” meydanında seçicilərlə ilk təşviqat görüşünü keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev, şəhər təşkilatının İdarə Heyəti və Şura üzvləri, təşviqatçılar qrupunun üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq görüş iştirakçılarını 9 oktyabr 2013 - cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahının təşviqat kampaniyasına başlaması münasibəti ilə seçiciləri təbrik edib, onlara bu məsul kampaniyada fəal iştirak edərək onu uğurla başa çatdırmağı, seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsini təmin etmək üçün özlərinin vətəndaşlıq hüquqlarını ciddi şəkildə qorumağı, ictimai - siyasi fəallıqlarını artırmağı, düzgün seçim edərək xalqımızın firavanlığına, Vətənimizin tərəqqisinə çalışan, beynəlxalq miqyasda ölkəmiz haqqında yüksək imic formalaşdıran namizədə səs verməyi tövsiyə edib və Yeni Azərbaycan Partiyasının qələbəyə nail olacağına əminliyini bildirib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qısa müddət ərzində həm ölkəmizin sosial - iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun yüksəldilməsində böyük işlər görüb. Həmişə olduğu kimi, bu seçkilərdə də xalqımız, inanıram ki, tərəqqinin və inkişafın davamlılığına səs verəcək.
“Bu gün sosial-iqtisadi inkişafın Azərbaycan modeli anlayışı aktual müzakirə predmetinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə bütün sahələrin paralel inkişafını təmin edib. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan daxili siyasətdə iqtisadiyyatın şaxələndirilməsi son nəticədə regionların, qeyri-neft sektorunun inkişafına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə təkan verir. Bu mənada, iqtisadiyyatın inkişafı birbaşa əhalinin sosial rifah halının yüksəlməsini şərtləndirir. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə irəliləyir”, -deyə M. Quliyev bildirib.
Təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər təşkilatının sədr müavinləri - AMEA - nın Gəncə Bölməsinin direktoru, professor Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, AzTU - nun rektoru Akif Süleymanov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, universitetin tədris hissə müdiri Tofiq Xəlilov, Nizami rayon DSMF - nin müdiri Nizami Əhmədov, Akif Ələkbərov və başqaları çıxışlarında qüdrətli, müstəqil Azərbaycanın tərəqqisinin müasir Gəncənin bugünkü inkişafında bariz göründüyünü vurğulayıblar.
Seçicilərdən bir qrupu çıxış edərək gəncəlilərə daim diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyevi yenidən Prezident kürsüsündə görmək, firavan həyatlarını davam etdirmək, həyatın bütün sahələrində uğurla addımlamaq arzusunda olduqlarını bildiriblər. Qeyd edilib ki, seçicilərin alternativsiz seçimi cənab İlham Əliyevdir və hər bir seçici öz seçimini Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin lehinə etməklə müasir müstəqil Azərbaycanın gələcəyinə səs verəcəkdir.

Paylaş:
Baxılıb: 1220 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30