/ / Qarşıdakı 5 ildə xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq
Qarşıdakı 5 ildə xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq
18.09.2013 [10:44]
Qaradağ rayon Lökbatan qəsəbəsində seçicilərlə keçirilən görüşdə bir daha vurğulanıb ki, 9 oktyabrda Azərbaycan xalqının yeganə seçimi İlham Əliyev olacaq
Dünən Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib. Qaradağlılarla görüşdə Milli Məclisin üzvləri Ağalar Vəliyev və Sevinc Fətəliyeva da iştirak edib. Rayonun Lökbatan qəsəbəsində keçirilən görüşdə YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək, bütövlükdə Azərbaycan cəmiyyətinin cənab Prezident İlham Əliyevi XXI əsrin lideri kimi qəbul etdiyini vurğulayıb.
A.Hüseynov bu gün ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya miqyasında aparıcı mövqeyə yüksəldiyini bildirib: “Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət Onun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq, Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də, onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb. Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitlik fonunda reallaşıb. Azərbaycan öz iqtisadi siyasi qüdrətini artırdıqca onun mövqeləri də daha da möhkəmlənir. Bu gün Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə reallığa çevrilə bilməz. Bütün bunlar isə həyata keçirilən düzgün siyasi strategiyaya əsaslanır”.
YAP Siyasi Şurasının üzvü A.Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib. Ölkəmizin hər bir bölgəsində olduğu kimi, Qaradağda da Prezident İlham Əliyevə tükənməz sevginin olduğunu söyləyən təşkilat sədri xalqımızın öz gələcəyi naminə Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qaldığını da dilə gətirib. A.Hüseynov Ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış İlham Əliyevin ölkəmizdə alternativsiz lider olduğunu bir daha vurğulayıb. Xalqımızın öz liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacağımıza tam əmin olduğunu söyləyən A.Hüseynov seçkilərin rayonda yükəsək fəallıq və demokratik dəyərlər şəraitində keçiriləcəyinə də tam inamını ifadə edib.
Daha sonra çıxış edən Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyev Azərbaycanın son 10 ildə xarici siyasət sahəsində qazandığı uğurlardan danışıb. S.Fətəliyeva ölkəmizin BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir təşkilata üzv olmasını böyük bir uğur kimi qiymətləndirərək deyib ki, bu fakt bir daha dünyada Azərbaycana olan inam və ehtiramı, ölkəmizin güclü mövqeyini sübuta yetirir. Artıq Azərbaycan beynəlxalq ictimaiyyətin tam və müstəqil bir üzvü kimi, qlobal problemlərin də həllinə öz töhfəsini verir və bu da müstəqilliyini sadəcə 22 il əvvəl qazanmış bir dövlət üçün əhəmiyyətli uğurdur. Komitə sədrinin müavini cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin günü-gündən gücləndiyini, vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdığını da diqqətə çatdırıb. Millət vəkili qarşıdan gələn seçkilərdə xalqımızın öz rifahı və gələcəyi naminə seçkilərdə aktiv iştirak edərək cənab İlham Əliyevə birmənalı şəkildə dəstək olacağına əminliyini ifadə edib. O, vurğulayıb ki, bu, xalqımızın alternativsiz və dəyişməz seçimidir.
Millət vəkili Ağalar Vəliyev isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirmiş, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır: “Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır”.
Qaradağlılar adından çıxış edən Qaradağ rayonu Lökbatan qəsəbə sakini Zahid İbrahimov, rayon ağsaqqalları adından Təhməz Abbasov, gənclərin nümayəndəsi Ramin Quliyev və digərləri bildiriblər ki, bu gün Azərbaycanın günü-gündən inkişaf etdiyini bu hər bir ölkə vətəndaşı kimi onlar da öz həyatlarında hiss edirlər. Qaradağ rayonun ümumi simasının eyni zamanda, yaşadıqları Lökbatan qəsəbəsindəki şəraitin günü-gündən yaxşılaşdığını diqqətə çatdıran natiqlər həyat səviyyələrinin bu cür yaxşılaşmasının Cənab Prezident İlham Əliyevin hər bir vətəndaşa diqqət və qayğısından irəli gəldiyini də bildirib. Qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərində bütövlükdə Azərbaycan cəmiyyəti cənab İlham Əliyevə səs verəcək.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

