Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur

28.09.2013 [10:56]

Goranboy rayonunun Yeni Yol və Əlirzalı kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini Yeni Yol və Əlirzalı kəndlərində keçirib.
Öncə çıxış edən Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov deyib ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: “Azərbaycan bu gün dünyada dinamik iqtisadi inkişafa malik olan, həmçinin, yerləşdiyi regionun lider dövləti kimi tanınır. Bütün bunları təmin edən amil cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətidir. Ona görə də bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Goranboy ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və oktyabrın 9-da bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.
YAP Goranboy rayon təşkilatının sədri ölkəmizin ötən 10 ildə keçdiyi inkişaf yolundan və əldə etdiyi nailiyyətlərdən danışıb. O qeyd edib ki, dövlətimizin başçısının həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticələrindən bu gün hər bir Azərbaycan vətəndaşı bəhrələnir: “Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelinin müəllifidir. Azərbaycanın iqtisadi inkişafı hər bir sahənin tərəqqisində ifadə olunub. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət dövlətimizin gücünü artırmaqla yanaşı, hər bir vətəndaşın həyat şəraitini daha da yaxşılaşdırıb. Ona görə də tərəddüdsüz qeyd edə bilərəm ki, bu gün seçicilərin əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyir. Goranboy ictimaiyyətinin də birmənalı seçimi cənab İlham Əliyevdir”.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbə qazanacağına əmin olduqlarını əlavə edib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Hər bir Azərbaycan seçicisi ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməlidir. Əminəm ki, bu seçkilər də möhtərəm Prezident İlham Əliyevin qələbəsi ilə nəticələnəcək”.
Akademik əlavə edib ki, ötən 10 ildə Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan möhtəşəm inkişaf yolu keçmişdir: “Həm daxili, həm də xarici siyasət ölkəmizin milli maraqlarına uyğun həyata keçirilmiş, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. Bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı, təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitlik bir çox dünya ölkələrinə nümunədir”.
T.Əliyev “Müasir müstəqil Azərbaycanın inkişafı Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə əsaslanır” deyib. Cənab İlham Əliyevin dünya miqyasında nüfuzlu siyasətçi kimi tanındığını bildirən akademik əlavə edib ki, Azərbaycan xalqının yeganə seçimi Prezident İlham Əliyevdir. O, cənab Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbə qazanacağına əmin olduğunu əlavə edib.
Sonda çıxış edənlər - Təranə Bayramova, Gülbəniz Abbasova, Şahin Allahverdiyev, Ramiz Dəmirov, Aytən Dəmirova və digərləri bildiriblər ki, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər. Qeyd edilib ki, cənab İlham Əliyevin nümunəvi fəaliyyəti ölkə ictimaiyyətində olduğu kimi, Goranboy sakinlərində də dövlətimizin başçısına dərin inam, rəğbət və etimad formalaşdırıb. Onlar regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən işlərdən, əldə edilmiş mühüm nailiyyətlərdən danışıblar və diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30