Qarşılıqlı inama əsaslanan dostluq əlaqələri
07.10.2025 [13:28]
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri
Strateji tərəfdaşlığa və dostluğa söykənən Azərbaycan - İtaliya əlaqələri ölkəmizin müstəqilliyinin bərpasının ilk illərinə təsadüf edir. Belə ki, 1992-ci ilin əvvəllərində İtaliya Azərbaycanın müstəqilliyini tanımış, həmin il ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. İtaliya hökumətinin Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etməsi ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsidir. 1997-ci ildə Azərbaycanda İtaliyanın səfirliyi yaradılıb, həmin ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliyaya rəsmi səfər edib.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə 2004-cü ildən Prezident İlham Əliyevin səyləri sayəsində uğurla davam etdirilir. Dövlətimizin başçısının 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Bundan sonra Prezident İlham Əliyev 2022-ci və 2024-cü illərdə dost ölkədə səfərlərdə olub. Bu səfərlər çərçivəsində Romada Azərbaycanın səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib və digər mühüm sənədlər imzalanıb. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur.
Dəfələrlə ölkələrimizin nümayəndə heyətləri, hökümət rəhbərləri ardıcıl və davamlı görüşlər keçirib. Azərbaycan və İtaliya dövlətləri arasında siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İlk strateji tərəfdaşlıq sənəd 2015-ci ildə, ikinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb.
Qarşılıqlı inama əsaslanan səmimi münasibətlər sayəsində iki ölkə arasında iqtisadi, energetika sahələrində bir çox önəmli layihələr icra edilib. TAP layihəsinin uğurla icra edilməsi nəticəsində Zəngin mədəniyyətə, böyük dövlətçilik ənənələrinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan İtaliyaya 2020-ci ildən başlayaraq Azərbaycan qazı ixrac edilir. Uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyən iki dost ölkənin əməkdaşlığı həm güclü tərəfdaşlıqdan xəbər verir.
İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da Azərbaycana işgüzar səfəri, səfər zamanı hər iki dövlət başçılarının mətbuata verdikləri bəyanatlar bir daha təsdiq edir ki, Azərbaycan – İtaliya əlaqələr yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də regional və qlobal əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq xəttinə çevrilib.
İtaliya Prezidenti Sercio Mattarellanın 30 sentyabrda Azərbaycana ikinci dövlət səfəri çərçivəsində prezidentlər mühüm müzakirələr aparıb, mətbuata bəyanatlar veriblər. Hər iki dövlət başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirlməsində maraqlı olduqlarına bir daha xüsusi diqqət çəkiblər.
Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində yaxşı əməkdaşlıq mövcuddur. Təhsil sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir. Bu gün iki dost ölkə arasında bu sahədə əlaqələr uğurla inkişaf edir. Belə ki, mətbuata bəyanatında Prezident İlham Əliyev iki ölkə arasında genişlənən humanitar əlaqələrin önəmini xüsusi vurğulayıb: ”Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək”.
İtaliya - Azərbaycan əlaqələri digər ölkələri üçün də bir nümunə modelidir. Hər iki dost ölkələrin əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və regionumuz sabitliyi üçün böyük töhvələr verəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

