Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində fəallarla görüşlər keçirir

YAP Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində fəallarla görüşlər keçirir

06.10.2013 [15:53]

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağstafa rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində Aşağı Kəsəmən, Xətai, Göycəli, Tatlı, Köhnə Qışlaq kəndlərində fəallarla görüşlər keçirilib.
Görüşlərdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov cənab İlham Əliyevin həyata keçirdiyi layihələrdən və ölkədə aparılan abadlıq quruculuq işlərindən ətraflı danışıb. O, 9 oktyabrda keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün Azərbaycan xalqının seçimidir: “Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkədə elə bir sahə yoxdur ki, orada dövlət başçısının diqqətinin və qayğısının izləri görünməsin. Bu səbəbdən Prezident İlham Əliyev bütün azərbaycanlıların yeganə namizədi və seçimidir. Prezident İlham Əliyev Azərbaycanı firavan gələcəyə doğru aparan namizəddir. Gəlin, inkişafa, gələcəyimizə - İlham Əliyevə səs verək”.
YAP Ağstafa rayon təşkilatının sədri müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Eyni zamanda, Ulu öndərin siyasətini uğurla davam etdirən, Azərbaycan dövlətinin hər bir sahəsində dinamik inkişafın əldə edilməsində cənab İlham Əliyevin xidmətlərindən bəhs edən R.Tatarov hamını seçkilərə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb. O qeyd edib ki, Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, qısa müddətdə çox böyük uğurlara imza atıb. Bu isə, heç şübhəsiz ki, ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsidir: “Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, bütün sahələrin paralel inkişafı təmin olunub. Həyata keçirilən sosial-iqtisadi kurs vətəndaşların rifah halının daha da yaxşılaşmasına xidmət edib”.
Tədbirdə çıxış edən partiya fəalları bildiriblər ki, Azərbaycan bayrağını yüksəklərə qaldıran, haqq səsimizi beynəlxalq kürsülərdən səsləndirən, xalqın güzəranını yaxşılaşdıran, dövlətimizi abadlaşdıran, gözəlləşdirən məhz Heydər Əliyev siyasi kursunun və məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevdir. Daha sonra tədbir iştirakçılarına Prezident İlham Əliyevin son 10 ildə həyata keçrdiyi uğurlu siyasətin nəticələrini özündə əks etdirən bukletlər paylanıb.
PƏRVİZ

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30