Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gədəbəy rayonunun seçiciləri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər

Gədəbəy rayonunun seçiciləri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər

06.10.2013 [15:58]

Rayonun Novo-İvanovka və Böyük-Qaramurad kəndlərində seçicilərlə görüş keçirilib
9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Gədəbəy rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Rayonun Novo-İvanovka və Böyük-Qaramurad kəndlərində keçirilən görüşlərdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Namiq Rüstəmov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. N.Rüstəmov bildirib ki, Prezident İlham Əliyevin apardığı düzgün və qətiyyətli siyasi kurs nəticəsində ölkəmiz regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. O qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı məsələsi hər zaman prioritet olub. Prezident İlham Əliyev fermerlərin, sahibkarların fəaliyyətinə yardım məqsədilə subsidiyaların verilməsi, dövlət büdcəsindən dotasiyaların ayrılması ilə bağlı göstərişlər verib: “Məhz bu tədbirlərin nəticəsidir ki, ölkəmiz ərzaq məhsulları ilə özünü təmin edir. Həm daxili, həm də xarici siyasətdə əldə olunan nailiyyətlər xalq tərəfindən bəyənilir və dəstəklənir. Cənab İlham Əliyevin gələcək üçün daha böyükmiqyaslı proqramları var. Bu proqramlar vətəndaşlarımızı xoş güzərana, inkişafa aparır. İnanıram ki, oktyabrın 9-da Gədəbəy rayonunun seçiciləri sabitliyə, inkişafa, gələcəyimizin qarantına- cənab İlham Əliyevə səs verəcəklər. İLHAMLA İRƏLİ!”
Çıxış edən Texniki Universitetin Kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Mahmud Rüstəmov Gədəbəy rayonunun hər bir kəndində prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası ilə əlaqədar bir bayram sevincinin yaşandığını deyib: “Xalqımızı inkişafa aparan Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 ildə əməlləri, gördüyü işlərlə, verdiyi qərarlarla xalqın dəstəyini qazanıb. İnanıram ki, xalqımız, Gədəbəy seçiciləri bu dəstəyi oktyabrın 9-da növbəti dəfə nümayiş etdirəcəklər”.
Daha sonra çıxış edən kənd sakinləri İbrahim Mahmudov, Fərhad Musayev bildiriblər ki, Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən verdiyi vədlərin hamısını yerinə yetirib. Qeyd edilib ki, xalqımız hər zaman Ümummilli liderimizə arxalanıb, Onun siyasətini dəstəkləyib. Xalq İlham Əliyevi dəstəkləməklə bir daha yanılmadığını ortaya qoyub. Kənd sakinləri əminlik ifadə ediblər ki, xalqımızın dəstəyi ilə Prezident İlham Əliyev növbəti beş ildə də ölkəmizin Prezidenti olacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1049 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30