Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Finlandiyada vətəndaşlıq almaq üçün test imtahanının tətbiqi təklif olunur

Finlandiyada vətəndaşlıq almaq üçün test imtahanının tətbiqi təklif olunur

17.04.2026 [16:34]

Finlandiya hökuməti vətəndaşlıq almaq üçün məcburi test imtahanının tətbiqini nəzərdə tutan təşəbbüs irəli sürüb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi artıq parlamentə təqdim edilib. Testin 2027-ci ildən tətbiq edilməsi planlaşdırılır. Yeni layihə vətəndaşlıq haqqında qanuna edilən daha geniş islahatın son mərhələsi olacaq və vətəndaşlıq alma şərtlərinin sərtləşdirilməsinə yönəlib. Bundan əvvəl yaşayış müddəti, maliyyə imkanları və müraciət edənlərin etibarlılığı ilə bağlı tələblər artıq gücləndirilib.

Test imtahanı zamanı Finlandiya cəmiyyətinin quruluşu, qanunlar, insan hüquqları, bərabərlik, həmçinin ölkənin tarixi və mədəniyyəti üzrə biliklər yoxlanılacaq. İmtahanı fin və ya İsveç dilində vermək mümkün olacaq.

“Finlandiya vətəndaşlığı avtomatik verilmir. Bu islahatlar inteqrasiyaya, məşğulluğa və Finlandiya cəmiyyətinin qaydalarına hörmətin güclənməsinə xidmət edir”, – deyə daxili işlər naziri Mari Rantanen söyləyib.

İmtahanın keçirilməsi ilə bağlı yeni funksiyalar Finlandiyanın Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək. Test suallarının hazırlanmasının isə universitetlərə həvalə olunması planlaşdırılır.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30