Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Səkkiz ayda 446 yeni dövlət standartı qəbul edilib

Səkkiz ayda 446 yeni dövlət standartı qəbul edilib

10.09.2026 [20:25]

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 446 yeni dövlət standartı qəbul edib.

AZƏRTAC AZSTAND-a istinadən xəbər verir ki, dövlət standartının 56-sı qida texnologiyası və kənd təsərrüfatı, 91-i nəqliyyat, 28-i uşaq malları, 4-ü sənədləşdirmə və nəşriyyat, 16-sı energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika, 11-i idarəetmə və keyfiyyət, 43-ü mebel, 3-ü hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 9-u neft-qaz, kimya və əlaqəli texnologiya, 15-i bina qurğuları, biri zərgərlik, 8-i turizm, 36-sı əməyin təhlükəsizliyi, 38-si tekstil və dəri texnologiyası, 37-si maşınqayırma, 4-ü istehlak malları, 2-si metrologiya, ölçmə sistemləri və cihazlar, 21-i texniki materiallar, 23-ü informasiya və telekommunikasiya ilə bağlı olub.

Eyni zamanda, 26 dövlət standartı üzrə dövri yoxlanılma aparılıb və ya dəyişikliklər edilib, 27 dövlət standartı isə ləğv olunub. Sahibkarların müraciəti əsasında 89 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30