Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

Zakir Fərəcov SDU-nun tədris korpusundakı təmir işləri ilə tanış oldu

12.09.2026 [15:57]

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Nurəli Yusifbəyli universitetin 3-cü tədris korpusunda aparılan təmir və yenilənmə işləri ilə tanış olublar.

Şəhər rəhbəri və universitetin rektoru korpusda görülən işləri nəzərdən keçirib, yenilənən auditoriya, inzibati və yardımçı otaqlara baxış keçirib, tədris mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat alıblar.

Universitetin rektoru, professor Nurəli Yusifbəyli görülən işlərin əsas məqsədinin tələbələr və professor-müəllim heyəti üçün müasir, rahat və tələbəyönümlü təhsil mühitinin formalaşdırılması olduğunu bildirib. O qeyd edib ki, tədris infrastrukturunun yenilənməsi və universitetin maddi-texniki bazasının gücləndirilməsi SDU-nun inkişaf strategiyasının əsas istiqamətlərindəndir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil infrastrukturunun müasirləşdirilməsinin şəhərin sosial-iqtisadi və intellektual inkişafında mühüm rol oynadığını qeyd edib. O, SDU-da həyata keçirilən yenilənmə işlərinin tələbələrin və professor-müəllim heyətinin fəaliyyəti üçün daha əlverişli şərait yaradacağını vurğulayıb.

Xatırladaq ki, SDU-nun 3-cü tədris korpusunda Humanitar və sosial-siyasi elmlər fakültəsi və Əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Korpusda tələbə və əməkdaşların istifadəsi üçün kitabxana və yeməkxana ilə yanaşı, idman infrastrukturu da mövcuddur. Binanın idman zalında Azərbaycan Qılıncoynatma Federasiyasının nəzdində yaradılmış Sumqayıt mərkəzi fəaliyyət göstərir.

3-cü tədris korpusunda tədris və inzibati məkanların yenilənməsi ilə yanaşı, binanın istilik təminatının yaxşılaşdırılması istiqamətində də işlər görülür. Belə ki, qazanxana və istilik sisteminin əsaslı təmiri həyata keçirilir. Müasir avadanlıq və idarəetmə sistemi ilə təchiz ediləcək yeni istilik sisteminin binanın daha etibarlı və davamlı istilik təminatına xidmət etməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 1 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30