Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Metodik dəstək 359 məktəbdə 16 minə yaxın müəllimi əhatə edib

Metodik dəstək 359 məktəbdə 16 minə yaxın müəllimi əhatə edib

11.09.2026 [21:45]

Təhsil İnstitutu tərəfindən 359 məktəbdə metodik dəstək göstərilib və bu fəaliyyət 16 minə yaxın müəllimi əhatə edib.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktorunun səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib. O bildirib ki, metodik dəstək çərçivəsində məktəblərdə çalışan və son 3 ildə müəllimliyə cəlb olunmuş gənc müəllimlərə də mentorluq dəstəyi göstərilib. İl ərzində 93 min dərs dinlənilib, dərs müşahidələrindən müəyyənləşdirilən problemlər əsasında müəllimlər üçün mütəmadi təlimlər təşkil olunub.

Elnur Əliyev qeyd edib ki, təkrar dərs müşahidələrinin nəticələri müəllimlərin tədris keyfiyyətində müsbət dinamikanın olduğunu göstərir. Dərslər planlaşdırma, təlim nəticələrinin müəyyənləşdirilməsi, təlim nəticələri ilə dərsin uyğunluğu, şagirdlərlə əks-əlaqənin qurulması və müəllimin emosional yanaşması kimi meyarlar üzrə 4 ballıq şkala ilə qiymətləndirilib. İl ərzində bu meyarların əksəriyyəti üzrə yaxşılaşma müşahidə olunub. Bununla belə ən zəif istiqamət əks-əlaqənin verilməsi olaraq qalır. Müəllimlərin şagirdə yalnız “düzdür”, “səhvdir”, “əla”, “afərin” kimi qısa qiymətləndirmələr verməsi deyil, onun öyrənməsini dəstəkləyən məzmunlu əks-əlaqə qurması vacibdir.

Nazir müşaviri bildirib ki, eyni müəllimlərin il ərzində bir neçə dəfə dinlənilən dərslərinin müqayisəsi də aşağı nəticə göstərən qruplarda müvafiq meyarlar üzrə müsbət irəliləyişin olduğunu göstərir.

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30