İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb
13.09.2026 [22:40]
İsveçdə seçki günü bülletenlərlə bağlı problemlər barədə çoxsaylı məlumatlar daxil olur.
AZƏRTAC xəbər verir ki, ölkənin Seçki Komissiyasının məlumatına görə, bu vaxta qədər 466 insident qeydə alınıb və onların 231-i seçicilər üçün zəruri olan bülletenlərin olmaması ilə bağlıdır. Məlumatlar ölkənin müxtəlif regionlarından daxil olur.
Falkenberqdə dörd seçki məntəqəsində bələdiyyə və regional seçkilər üçün Xristian Demokrat Partiyasının təxminən 8 min bülleteni olmayıb. Bunlarla bağlı hələlik məlumat yoxdur. Partiyanın nümayəndələri səhər saatlarında seçki məntəqələrinə əlavə bülletenlər çatdırıblar.
Stokholmda bir seçici Valhallavegen küçəsindəki seçki məntəqəsi açıldıqdan təxminən 20 dəqiqə sonra orada “İsveç Demokratları” partiyasının namizədlərinin adları qeyd olunan bülletenlərin olmadığını bildirib. Şəhər Seçki Komissiyası isə bu məntəqədə hər hansı problem barədə rəsmi məlumat almadığını açıqlayıb.
Komissiyadan bildirilib ki, namizədlərin siyahısının yer aldığı bülletenlərin çatdırılmasına partiyaların özləri cavabdehdir. Buna görə də səsvermənin ilk saatlarında bu bülletenlərin olmaması partiya nümayəndələrinin onları hələ seçki məntəqəsinə çatdırmağa vaxt tapmaması ilə bağlı ola bilər. Bununla belə, seçicilər partiyanın bülleteninə konkret namizədin adını yazmaqla həmin namizədə səs verə bilərlər.
İsveç Seçki Komissiyasından o da deyilib ki, bu cür insidentlər ölkənin hər yerində baş verir. Qurum, həmçinin vurğulayıb ki, bülletenlər başqa yerə aparıla, oğurlana və ya nəzərdə tutulan yerdə olmaya bilər. Erkən səsvermə zamanı gündə orta hesabla təxminən 170 insident barədə məlumat daxil olub, əsas seçki günündə isə bu sayın əhəmiyyətli dərəcədə çox olacağı gözlənilir.
Ölkədə təxminən 6300 seçki məntəqəsi açılıb. Seçki məntəqələrinin kifayət qədər bülletenlə təmin edilməsinə görə məsuliyyət bələdiyyələrin üzərinə düşür.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45

