9 oktyabrda xalqımızın seçimi cənab İlham Əliyev olacaq
06.10.2013 [16:01]
Şəki şəhərində təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə zirvə görüşü keçirilib
9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bu kampaniya çərçivəsində digər bölgələrdə olduğu kimi, Şəki rayonunda seçicilərlə mütəmadi olaraq görüşlər keçirilir.
Kampaniya çərçivəsində həmçinin, 15 min nəfərdən artıq Şəki sakininin iştirakı ilə zirvə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarından danışıb. O, deyib ki, Prezident İlham Əliyev xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib. Azərbaycan son 10 ildə böyük sürətlə inkişaf edib, ölkənin regionları əsaslı şəkildə dəyişib, müasirləşib, insanların sosial vəziyyəti xeyli yaxşılaşıb. Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu vurğulayan H.Həsənov bunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş, ağıllı siyasətin nəticəsi olduğunu bir daha bəyan edib. Sonda isə o deyib ki, bu gün Azərbaycan vətəndaşına, seçicisinə “sən kimə səs verəcəksən?” sualını vermək artıqdır: “Çünki cavabı kifayət qədər aydındır - hamı ölkənin inkişafına, gələcəyinə - İlham Əliyevə səs verəcək”.
Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır. Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxmalıdır. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurulmalıdır. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla ən ucqar kəndlərimiz arasında fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Dövlət başçısı İlham Əliyev də həmişə deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, yəni, bu siyasət insan amilinə söykənir.
Y.Mahmudov əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Və bu istiqamətdə hədəflər müəyyən edilibdir. Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasına çatdırmaq üçün ilk növbədə sənayenin inkişafından, neft və qaz ehtiyatlarının ixracından əldə olunmuş kapitalın insan kapitalına çevrilməsi məsələsi gündəmə gəlir. Cənab Prezident bəyan edib ki, Azərbaycan artıq regionun siyasi, iqtisadi lideridir. İndi əsas məqsəd Azərbaycanı elm mərkəzinə çevirməkdir: “Bax, budur, Azərbaycanın reallıqları. Azərbaycan artıq özünü bütün məsələlərdə tam təmin etmək gücündədir. Azərbaycanın atdığı addımlar bütün regionun taleyini həll edir. Azərbaycan dünyada güclü dayaqlara malikdir”.
YAP Siyasi Şurasının üzvü əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı öz seçiminə sadiq qalaraq, növbəti dəfə cənab İlham Əliyevə səs verəcək. Bu seçim Azərbaycan xalqının xoşbəxt, firavan gələcəyinə xidmət edir.
Çıxış edən millət vəkili Cavanşir Feyziyev bildirib ki, 9 oktyabr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Onun sözlərinə görə, həmin tarixdə Azərbaycan xalqı öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də, hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidməti kimi baxmalıdır.
C.Feyziyev bildirib ki, son 10 il ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib. Prezident İlham Əliyevin təbliğata ehtiyacı olmadığını deyən natiqin fikrincə, dövlət başçısının gördüyü işlər Ona xalqın inamını daha da gücləndirir. “Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin siyasətinin nəticəsidir. Ölkəmiz nəinki regionda, bütün dünyada nüfuzlu bir dövlət kimi qəbul olunur. Azərbaycan həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. İnkişaf o yerdə baş verir ki, orada sabitlik olsun. Sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün biz seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik” - deyə, millət vəkili vurğulayıb.
C.Feyziyev əmin olduğunu bildirib ki, bütün dövrlərdə dövlətçiliyə sədaqətlə xidmət edən şəkililər bu seçkilərdə də Azərbaycan dövlətinin gələcək inkişafı naminə xalqımızın namizədi cənab İlham Əliyevə səs verəcəklər.
YAP Şəki rayon təşkilatının sədr müavini Vüqar İskəndərov isə çıxışına prezident seçkilərinin ölkələrin tarixindəki əhəmiyyətini qeyd edərək başlayıb. Onun sözlərinə görə, prezident seçkiləri ölkənin hansı yolla irəliləyəcəyini, öz gələcəyini kimə həvalə edəcəyini, bir sözlə, aqibətinin necə olacağını müəyyənləşdirir. Ona görə də, 9 oktyabr tarixi Azərbaycan dövlətinin siyasi tarixində mühüm yer tutacaq. Hər bir vətəndaşımız 9 oktyabrda öz demokratik hüququndan istifadə edərək dövlətimizin gələcək taleyini kimə həvalə edəcəyinə qərar verəcək.
Vüqar İskəndərov həmçinin, Prezident İlham Əliyevin gənclərin də yaxın dostu olduğunu bildirib və gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolunu vurğulayıb. O, respublikamızda idmanın inkişafı və gənc nəslin sağlamlığının möhtərəm Prezidentimizin diqqət mərkəzində olduğunu bildirib.
Şəki şəhər Ağbirçəklər Şurasının sədri Sevil İsmayılova isə bildirib ki, ölkəmizdə qazanılan uğurların əsasında məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət dayanır. O deyib ki, ona görə də, Azərbaycan xalqı 9 oktyabrda bu siyasətin gələcək illərdə də uğurla davam etdirilməsi üçün Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcək.
Tədbir tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edib. İncəsənət ustaları Mübariz Tağıyev, xalq artisti Faiq Ağayev, Gülyanaq Məmmədova, Səbinə Əsədli, Zamiq, Əbülfəz Oğuz və digərlərinin iştirakı ilə keçirilən konsert proqramı Şəki ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanıb.
Şəkililər bir daha nümayiş etdiriblər ki, onlar yalnız cənab İlham Əliyevi özlərinin Prezidenti kimi görür, Ona inanır və gələcəyə olan böyük inamla Ona səs verəcəklər.
NARDAR
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18

