YAP Gənclər Birliyi seçki kampaniyasını uğurla davam etdirir
06.10.2013 [16:01]
Partiyanın gənc fəalları Bakı sakinləri arasında təbliğat xarakterli bukletlərin paylanmasını yüksək templə həyata keçirirlər
9 oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası və partiyanın yerli strukturları ölkənin hər yerində təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən başlayaraq, Yeni Azərbaycan Partiyasının gəncləri respublikanın bütün şəhər və rayonlarını əhatə edən kampaniya çərçivəsində təbliğat materiallarının paylanmasını, Prezident İlham Əliyevin seçki platforması barədə seçicilərin məlumatlandırılmasını həyata keçirirlər. Görülən tədbirlər çərçivəsində YAP Gənclər Birliyinin 200-ə yaxın üzvü Bakı şəhərinin müxtəlif yerlərində vətəndaşlara bukletlər paylayırlar. Təbliğat materiallarında Prezident İlham Əliyevin ölkədə gördüyü işlər, son 10 ildə müxtəlif sahələrdə qazanılan nailiyyətlər, həyata keçirilən sosial, iqtisadi layihələr, beynəlxalq uğurlar, həmçinin, dövlət başçısının gələcəyə hədəflənən məqsədləri, ölkəni gözləyən yeni uğurlar barədə məlumatlar əks olunub.
Yeri gəlmişkən, kampaniyanın keçirilməsində iştirak edən YAP Gənclər Birliyinin üzvləri aksiya ilə bağlı təəssüratlarını bölüşüblər. Məsələn, YAP Gənclər Birliyinin üzvü Xanım Yaqubəliyeva bildirib ki, o, prezident seçkiləri kimi mühüm ictimai-siyasi əhəmiyyət daşıyan bir prosesdə və Prezident İlham Əliyevin təbliğat kampaniyasında iştirak etməkdən qürur duyur: “Bir gənc kimi, mən seçkilərdə dövlət başçımızı dəstəkləyirəm və əksər gənclərin də seçiminin məhz Prezident İlham Əliyev olduğuna əminəm. Onun rəhbərliyi ilə respublikamızda həyata keçirilən quruculuq işlərinin bundan sonra da davam etdirilməsini istəyirəm. Bu səbəbdən də, partiyamızın təbliğat-təşviqat kampaniyasında daha fəal və yaxından iştirak etmək qərarına gəldim. Bu gün çoxlu sayda şəhər sakinlərinə Prezident İlham Əliyevin son 10 illik fəaliyyətini və görəcəyi işləri əks etdirən bukletləri payladıq. Vətəndaşlar aksiyanı çox müsbət qarşılayırlar. Təəssüratım ondan ibarətdir ki, vətəndaşlarımız dövlət başçımızın həyata keçirdiyi siyasətdən razıdırlar. Hesab edirəm ki, 9 oktyabr seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin qalib gələcəyi şübhəsizdir”.
Aksiya barədə təəssüratlarını bölüşən Şamil Əlizadə də bildirib ki, oktyabrın 9-da keçiriləcək seçkilərə böyük maraq var: “Seçicilərin əksəriyyəti kimi seçəcəyini çoxdan müəyyənləşdirib və onların birmənalı olaraq dəstəklədiyi namizəd cənab İlham Əliyevdir. Bu isə təsadüfi deyil. Çünki İlham Əliyev siyasətinin Azərbaycanı inkişafa apardığını göstərən müsbət dəyişikliklər kifayət qədərdir. Bukletlərin paylanması zamanı vətəndaşlarla ünsiyyətdən onu müşahidə etdim ki, insanlar gələcəyə inamla baxır və ölkənin, xalqın taleyini etibar edə biləcəkləri lider kimi yalnız cənab İlham Əliyevi görürlər. Buna görə də, onlar seçkilərdə dövlət başçımıza səs verəcəklər”.
YAP Gənclər Birliyinin fəallarından olan Sənan Məmmədli qeyd edib ki, aksiyanın keçirilməsi zamanı şəhər sakinləri ilə respublikamızda son 10 ildə görülən işlərlə bağlı fikir mübadiləsi aparıb: “Bukletləri payladığım zaman onu müşahidə etdim ki, müxtəlif yaş qruplarından olan insanları birləşdirən ümumi bir cəhət var, o da cənab İlham Əliyevə olan sevgi və dəstəkdir. Aksiya zamanı məndə ən xoş təəssürat doğuran məqamlardan biri o oldu ki, ötən 10 ildə qazanılan nailiyyətlərlə bağlı bukletdəki məlumatları oxuyan vətəndaşlar onların bir çoxunun reallığa çevrilməsini öz təcrübələrinə əsaslanaraq təsdiq etdilər. Ümumilikdə, insanlarla ünsiyyətdən gəldiyim qənaət ondan ibarətdir ki, vətəndaşlarımız Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunu dəstəkləyir, görülən işlərin davam etdirilməsini istəyirlər”.
Partiyanın gənc üzvlərindən olan Nəzirə Rzazadə ölkədə seçkiqabağı əhval-ruhiyyənin yüksək olduğunu deyib. Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə, gənclərin seçkilərə marağı artıb: “Bir gənc olaraq müşahidələrim əsasında deyə bilərəm ki, Prezident İlham Əliyev təkcə YAP ətrafında cəmləşən fəal gənclərimizin deyil, bütün Azərbaycan gəncliyinin alternativsiz lideridir. Gənclər 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin növbəti dəfə böyük üstünlüklə qalib gələcəyinə əmindirlər”.
YAP Gənclər Birliyinin üzvlərindən Mehdi Gənciyev gənclərin təbliğat-təşviqat kampaniyasında fəal iştirak etdiklərini söyləyib: “Biz gənclər “İlhamla irəli” şüarı altında vətəndaşlarımızı cənab İlham Əliyevə dəstək olmağa, ölkəmizin uğurlarının, inkişafının, xalqın rifahının davamlı olmasına səs verməyə çağırırıq. Təbii ki, insanlar da bizim səsimizə səs verirlər. Bu da ondan irəli gəlir ki, vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin keçdiyi inkişaf yolundan razıdırlar, mövcud siyasi kursu yüksək qiymətləndirirlər”.
Gənclər Birliyinin digər üzvü Xatirə Bayramova aksiyanın müsbət qarşılandığını və vətəndaşların çoxunun birmənalı şəkildə dəstəklədiyi namizədin Prezident İlham Əliyev olduğunu deyib: “Ünsiyyət qurduğum insanların əksəriyyəti prezident seçkilərində iştirak edəcəklərini və öz səslərini Prezident İlham Əliyevə verəcəklərini söyləyirlər. Bu isə seçkilərə olan böyük maraqdan xəbər verir. Çünki insanlarımız seçkilərin əhəmiyyətini anlayır və hesab edirlər ki, Azərbaycanın gələcəyini yalnız cənab İlham Əliyevə etibar etmək olar. Müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycanda bütün yaş qruplarından olan insanlar, xarici ölkələrdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər. İnanıram ki, cənab İlham Əliyev budəfəki seçkilərdə xalqın daha böyük dəstəyi ilə növbəti dəfə inamlı qələbə qazanacaq və bunun da nəticəsində Azərbaycan daha böyük inkişafa və uğurlara nail olacaq”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18

