Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur
19.11.2025 [18:42]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) geniş müsahibə verib. Bu müsahibə, iki ölkə arasındakı strateji tərəfdaşlıq və Mərkəzi Asiya ilə daha dərin əməkdaşlıq perspektivləri kontekstində əhəmiyyətli mesajlar daşıyır.
Yaxın zamanlarda Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak edəcəyini bildirən Möhtərəm Prezidentimiz vurğulayıb ki, bu onun üçün artıq üçüncü belə iştirakdır. Dövlət Başçımız, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında “vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan”ın formalaşmaqda olduğunu bildirib.
İki ölkə arasında əhəmiyyətli sayda müqavilə və razılaşmanın imzalandığını bildirən Prezident Əliyev, istər strateji, istər iqtisadi sahələrdə güclü hüquqi bazanın mövcud olduğunu bildirib.
Prezidentimiz qeyd edib ki, Özbəkistandan Azərbaycana yatırılan investisiyalar artmaqdadır. Belə ki, Özbəkistandan təxminən 120 investisiyalı kommersiya təşkilatı Azərbaycanda fəaliyyətdədir. Ticarət dövriyyəsi sürətlə yüksəlir. Yatırım baxımından da əməkdaşlıq genişlənir. Özbəkistanın Azərbaycan iqtisadiyyatına, Azərbaycanın isə Özbəkistana investisiyaları vardır. Həmçinin, birgə investisiya şirkəti yaradılıb.
Prezidentimiz qeyd edib ki, Orta Dəhliz Cənubi Qafqazı Mərkəzi Asiya ilə daha da sıx birləşdirən mühüm tranzit marşrutudur. 2025-ci ilin ilk 9 ayı ərzində tranzit həcmi yüksək olub. Burada söhbət təxminən 1 milyon tonluq daşımadan gedir..
İlham Əliyev cənabları eyni zamanda mədəniyyət sahəsində əməkdaşlıq, iki ölkənin şəhərləri arasında qardaşlaşma münasibətləri, qeyri-hökumət təşkilatları və media qurumları arasında intensivləşən əməkdaşlıq, keçirilən media forumları haqqında danışıb.
Azərbaycan-Özbəkistan münasibətlərini “strateji tərəfdaşlıq və müttəfiqlik” münasibətləri olaraq dəyərləndirən dövlət başçımız, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələrdə geosiyasi məna daşıyan, yalnız iqtisadi əlaqələri deyil, mədəni və coğrafi birliyi də əhatə edən “strateji məkan” ideyasını irəli sürüb. Orta Dəhlizin rolunu sadəcə tranzit marşrutu kimi deyil, daha geniş strateji bir infrastruktur elementi kimi qiymətləndirib.
Prezident İlam Əliyev, qarşıdakı reqionlararası əməkdaşlığın daha da dərinləşəcəyinə, siyasi, iqtisadi və qeosiyasi sahələrdə yeni addımların atılacağına inam ifadə edib.
Müsahibədə diqqət çəkən əsas məqamlar bundan ibarətdir ki, iki ölkə təkcə ticarət tərəfdaşları deyil, həm də geosiyasi müttəfiqlərdir. Cənab Prezidentin vurğuladığı “vahid region məkanı” anlayışı, yalnız ticarət tranziti üçün deyil, həm də siyasi inteqrasiya üçün uzunmüddətli perspektiv yaradır. İnvestisiya və tranzit sahəsindəki inkişaf, Orta Dəhliz kimi layihələrin regional önəmini artırır və Azərbaycanı logistika mərkəzinə çevirir.
Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibə, Azərbaycan-Özbəkistan münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu isə, yalnız ikitərəfli əməkdaşlıq üçün deyil, ümumilikdə Mərkəzi Asiya ilə strateji əlaqələrin dərinləşdirilməsi üçün vacib bir addımdır
Dövlət başçımız müsahibə əsnasında Özbək xalqına Azərbaycana dost münasibətlərinə görə minnətdarlığını ifadə edib, Ulu Öndər Heydər Əliyevə Özbəkistanda hər zaman xüsusi hörmət və məhəbbət bəslənildiyini qeyd edib, xatirələrini bölüşüb.
Xəbər lenti
Hamısına baxElm
01 Sentyabr 08:36
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

