Təhlükəsizlik əməkdaşlığının dərinləşməsi
16.02.2026 [22:21]
Məlum olduğu kimi, Münxendə keçirilən sayca 62-ci Təhlükəsizlik Konfransı geniş proqrama malik idi. Qeyd edək ki, dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu, 60 dövlət və hökumət başçısının qatıldığı Konfrans dünyada geosiyasi və geoiqtisadi gərginliyin yaşandığı bir dövrə təsadüf edib. Bir neçə gün əvvəl yayımlanan “Münxen Təhlükəsizlik Hesabatı - 2026”da dünyanın, eləcə də beynəlxalq təşkilatların təhlükəli bir dövrə qədəm qoyduğu qeyd olunur. Eləcə də yayılan şərhlərdə, hesabatlarda son dövrlərdə xüsusilə transatlantik münasibətlərdə artan gərginliyə diqqət çəkilir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ötənilki konfransın açılış mərasimində səsləndirdiyi bəyanatların Alyans daxilində narahatlıq yaratdığı xüsusi qeyd olunur. Ona görə də bu il Münxendə Tramp administrasiyasının Avropaya yanaşmasında sərtləşmə fonunda bu mövzu konfrans çərçivəsində də müzakirə edilən əsas məsələlərdən biri oldu. Ümumiyyətlə, isə bu il konfransda müzakirə olunan mövzulara Avropanın təhlükəsizliyi və müdafiəsi, transatlantik münasibətlərin gələcəyi, çoxtərəfliliyin yenidən gücləndirilməsi, qlobal nizam barədə rəqabət aparan baxışlar, regional münaqişələr və texnoloji inkişafların təhlükəsizlik sahəsinə təsirləri və digər məsələlər daxil idi.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması, aktual mövzulara həsr olunmuş tədbirlərdə iştirakı, ikitərəfli görüşləri Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir. Cənubi Qafqazda sülh və təhlükəsizlik beynəlxalq birliyin xüsusi diqqət mərkəzindədir.
Yeri gəlmişkən, ölkəmizin başçısı Münxendə həm yerli televiziya kanallarına müsahibəsində, həm “France 24” telekanalına müsahibəsində, həm də “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda keçirilən panel müzakirələrdə çıxışı zamanı regionumuzda sülhlə bağlı fikirlərini ifadə edib. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan sonra sülh sazişi imzalanacaq. Sazişin bu il imzalanması ehtimalı da Ermənistanın bu addımından asılı olacaq. Ölkəmiz uzun illərdir Cənubi Qafqazda sülh və sabitlik, əməkdaşlıq naminə çalışır və bütün səyləri buna əsaslanır.
Onu da qeyd edək ki, panel iclasda Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizin reallaşmasında ölkəmizin müstəsna rolu xüsusi vurğulanıb. Dövlətimizin başçısının dediyi kimi, Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin fiziki infrastruktursuz onun mənası çox deyil. Eyni zamanda, iclasda TRIPP layihəsi də diqqət mərkəzində olub. Prezident İlham Əliyev vurğulayıb ki, yeni bağlantıların yaradılmasında mühüm rol oynayacaq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) tamamilə yeni vəziyyət yaradacaq. Çünki Çindən başlayan daşımalar Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, eksklav Naxçıvan, Türkiyə və sonra Avropanı əhatə edəcək. Bu, bütün ölkələr üçün faydalı olacaq. Marşrut boyunca bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaq və həmin addım Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli və əbədi sülhə töhfə verəcək. Prezident İlham Əliyev, həmçinin Münxendə bir sıra ölkələrin liderləri, Avropa İttifaqının rəsmiləri, eləcə də müxtəlif nüfuzlu şirkətlərin başçıları ilə səmərəli görüşlər keçirib. Bütövlükdə, bu mühüm platforma çərçivəsində Azərbaycanın dövlət maraqları Prezident tərəfindən qətiyyətlə qorundu.
Ən əsası, Münxen Təhlükəsizlik Konfransı yeni reallıqlar fonunda ölkəmizin həqiqətlərinin dünyaya çatdırlmasında mühüm platforma oldu!
Zəhra Zeynalova,
YAP Göygöl rayon təşkilatı üzrə 7 nömrəli ərazi ilk partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

