Azərbaycan–Serbiya dostluğu: Regional sabitliyə və enerji təhlükəsizliyinə töhfə
18.02.2026 [16:59]
Fevralın 15–16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasında rəsmi səfərdə olmuşdur. Dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılamış, Belqrad şəhərində rəsmi qarşılama mərasimi təşkil olunmuşdur. Səfər proqramına uyğun olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Belqradın Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və tanınmış serb yazıçısı Milorad Paviçin xatirəsinə ucaldılmış abidələri ziyarət etmişlər. Daha sonra Azərbaycan Prezidenti ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında təkbətək görüş baş tutmuş, hər iki liderin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilmişdir. Eyni zamanda, Belqradda iki ölkə prezidentinin iştirakı ilə Azərbaycan - Serbiya əməkdaşlığına dair sənədlərin mübadiləsi mərasimi təşkil edilmiş, ardından dövlət başçıları mətbuat qarşısında bəyanatlarla çıxış etmişlər.
Belqradda fevralın 15-də keçirilən yüksək səviyyəli görüş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatlarla çıxışları iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi tarixə düşdü. Bu səfər təkcə diplomatik protokol çərçivəsində həyata keçirilən rəsmi tədbir deyil, eyni zamanda strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, qarşılıqlı siyasi dəstəyin möhkəmləndirilməsi və iqtisadi, energetika, nəqliyyat, investisiya, turizm və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan mühüm mərhələ kimi qiymətləndirilir. Hər iki liderin bəyanatları münasibətlərin səmimi dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığını bir daha təsdiqlədi və gələcək əməkdaşlıq perspektivlərinə dair geniş və əhatəli yol xəritəsini ortaya qoydu.
Serbiya Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevi “əziz dostum” kimi təqdim edərək iki lider arasında formalaşmış şəxsi dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin inkişafında oynadığı mühüm rolu xüsusi qeyd etdi və sıx iş qrafikinə baxmayaraq Serbiyaya səfər etməsini yüksək qiymətləndirərək bunu xüsusi diqqət və hörmətin göstəricisi kimi xarakterizə etdi. Serbiya Prezidenti Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə böyük ehtiramını bildirərək onunla hər görüşdən çox şey öyrəndiyini qeyd etdi. Vuçiç Azərbaycan liderini təcrübəli dövlət xadimi və həqiqi lider kimi xarakterizə edərək, müxtəlif məsələlərə fərqli baxış bucağından yanaşmaq bacarığının Serbiya üçün də önəmli dərslər verdiyini vurğuladı. Bu ifadələr Azərbaycan Prezidentinin beynəlxalq aləmdə artan nüfuzunun, liderlik keyfiyyətlərinin və strateji düşüncə tərzinin digər dövlət rəhbərləri tərəfindən də yüksək qiymətləndirildiyini göstərən mühüm göstəricidir.
Prezident İlham Əliyev çıxışında Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında müzakirə olunan məsələlərə toxunaraq gələcək planda siyasi, iqtisadi və energetika sahələrində əlaqələrin gücləndirilməsi, beynəlxalq platformalarda ərazi bütövlüyü və suverenliyin qarşılıqlı dəstəklənməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və enerji-nəqliyyat sahələrində yeni imkanlardan istifadə edilməsinin əsas prioritetlər olduğunu bildirdi. O, Serbiyaya təbii qaz ixracının artıq başladığını və bu həcmin artırılması barədə razılıq əldə edildiyini qeyd etdi. Qazın elektrik enerjisinə çevrilməsi yolu ilə təmiz enerji istehsalının təmin ediləcəyini və bunun həm Serbiya bazarı, həm də gələcək ixrac üçün yeni imkanlar yaradacağını vurğuladı. Dövlət başçısı Azərbaycanın enerji ixrac potensialının hazırda 2 giqavat olduğunu və bu rəqəmin yaxın illərdə artacağını bildirdi. Azərbaycan Prezidentinin 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etmək planı barədə açıqlaması ölkənin bərpaolunan enerji strategiyasının geniş miqyaslı olduğunu və Avropa bazarına yönəldiyini göstərir. Bu kontekstdə Serbiya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biri kimi mövqeyini daha da gücləndirir.
Prezident İlham Əliyev elektrik stansiyalarının tikintisi və reabilitasiyasının hər bir ölkənin gələcək inkişafı üçün əsas faktor olduğunu vurğulayaraq enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu qeyd etdi. O, bu sahədə Serbiyada aparılan islahatları və investisiya iqlimini yüksək qiymətləndirərək Azərbaycan sərmayələrinin bu ölkəyə yönəlməsinin əsas səbəbinin məhz müsbət investisiya mühiti olduğunu bildirdi.
Prezident İlham Əliyev Serbiya ilə münasibətlərin çoxşaxəli xarakter aldığını, energetika, nəqliyyat, investisiya, siyasi və humanitar sahələrdə yeni əməkdaşlıq formatlarının formalaşdığını bildirdi. O, yaxın gələcəkdə tərəflərin bir neçə dəfə görüşəcəyini, Serbiya nümayəndə heyətini Azərbaycana dəvət etdiyini və iki ölkə arasında intensiv siyasi dialoqun davam edəcəyini qeyd etdi.
Bu səfər və bəyanatlar göstərdi ki, Azərbaycan və Serbiya münasibətləri artıq klassik diplomatik əlaqələr səviyyəsindən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. İki ölkə arasında qarşılıqlı siyasi dəstək, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya layihələri və humanitar əlaqələr sahəsində əməkdaşlıq regional və qlobal miqyasda mühüm geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edir.
Belqraddakı görüş həm də Azərbaycanın Balkan regionunda artan rolunun göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edir və Serbiya ilə əməkdaşlıq bu strategiyanın mühüm tərkib hissəsidir. Eyni zamanda, Serbiya Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik və inkişaf təşəbbüslərinə siyasi dəstək göstərən ölkələrdən biridir.
Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiçin bəyanatları iki ölkə arasında münasibətlərin yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmadığını, həm də regional və beynəlxalq məsələlərdə koordinasiyalı mövqelərin formalaşdırıldığını göstərdi. Bu, Azərbaycan və Serbiyanın beynəlxalq platformalarda bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə özünü büruzə verir və strateji tərəfdaşlığın siyasi sütununu təşkil edir.
Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

