/ / YAP Laçın rayon təşkilatı tərəfindən 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib
YAP Laçın rayon təşkilatı tərəfindən 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib
19.02.2026 [15:47]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində fevralın 19-da Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbir iştirakçılarını salamlayaraq Azərbaycanda ana dilinin hərtərəfli inkişafı, işlək ünsiyyət vasitəsinə çevrilməsi və beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat vermişdir. O, vurğulamışdır ki, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində məqsədyönlü siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi həmin dövr üçün mühüm tarixi hadisə olmuşdur. Qeyd edilmişdir ki, ana dili xalqın mövcudluğunun başlıca göstəricisi və ən böyük milli-mənəvi sərvətidir. Milli dil hər bir xalqın özünəməxsusluğunu, tarixi keçmişini, mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi dəyərlərini və dünyagörüşünü özündə ehtiva edən, əsrlərdən-əsrlərə ötürülən əvəzsiz milli sərvətdir.
Laçın Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhəmməd Şahbazov, “Azərpoçt” MMC-nin Laçın Poçt filialının rəisi Tahir Bayramov və Laçın rayon Taxtakörpü qəsəbə tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili müəllimi Xanlar Əsgərov çıxışlarında qeyd etmişlər ki, Azərbaycan xalqı əsrlər boyu zəngin və qədim dilini qoruyub saxlamış, müxtəlif dövrlərdə çətinliklərlə üzləşməsinə baxmayaraq ana dilinə sadiqliyini itirməmişdir. Bu gün Azərbaycan dili dövlət dili kimi Konstitusiyada təsbit olunmuş, onun qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Dilin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcu kimi qiymətləndirilmişdir.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50

