“Şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasəti”
23.02.2026 [17:24]
Fevralın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasəti” mövzusunda tədbir keçirilib.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında keçirilən tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi qərarının əhəmiyyətindən danışıb. O, bu təşəbbüsün şəhərsalma siyasətində keyfiyyətli dəyişikliklərə və müasir memarlığın inkişafına töhfə verəcəyini vurğulayıb. Qeyd edib ki, cari il ərzində reallaşdırılacaq layihələr həm sosial infrastrukturun, həm də estetik mühitin daha da təkmilləşdirilməsinə xidmət edəcək. Eyni zamanda, təşkilatın üzvləri şəhərsalma və memarlıq sahəsində keçirilən tədbirlərdə fəal iştirak edəcəklər.
YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından mühüm prioritetlərdən birinə çevrilib. Onun sözlərinə görə, şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan inkişaf strategiyasında şəhərsalmanı insan mərkəzli, ekoloji və iqtisadi cəhətdən dayanıqlı şəkildə formalaşdırmağa xüsusi önəm verir.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkəsinə çevirib.
Çıxış edən MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov deyib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir şəhərsalma və memarlıq siyasəti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində uğurla davam etdirilir. Əlavə edib ki, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu mötəbər tədbir əldə edilən tarixi nailiyyətlər fonunda dövlətimizin qlobal miqyasda etimada layiq görüldüyünü bir daha təsdiqləyir.
MİDA-nın respublikamızda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə gördüyü işlər haqqında danışan S.Sadıqov bildirib ki, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə rəhbərlik etdiyi Agentlik 10 illik fəaliyyəti dövründə Bakıda və regionlarda ümumilikdə 18 layihəyə start verib. İndiyədək təxminən 12 min mənzildən ibarət 8 güzəştli mənzil layihəsinin tikintisi tam başa çatdırılıb. 3 minə yaxın mənzildən ibarət 3 güzəştli mənzil layihəsi isə yekunlaşmaq üzrədir.
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov isə şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasəti barədə geniş məruzə ilə çıxış edib. Məruzədə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan şəhərsalma siyasətinin artıq ən müasir səviyyəyə çatdırıldığı vurğulanıb. U.Ələkbərov deyib ki, hazırda bu sahədə yüksək idarəetmə və inklüziv inkişaf mövcuddur: “Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir”.
U.Ələkbərov qeyd edib ki, dünyada genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirilir. O vurğulayıb ki, Azərbaycan ən qabaqcıl şəhərsalma modellərini tətbiq edir, çoxsaylı beynəlxalq tərəfdaşları ilə genişmiqyaslı əməkdaşlıq qurur. Bildirilib ki, diqqət mərkəzində olan məsələlərdən biri də şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasətinin ən müasir tələblərə uyğun təşkil olunmasıdır.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə türk xalqlarının, o cümlədən azərbaycanlıların ən qədim şəhərsalma mədəniyyətinə malik olduğunu söyləyib. Xalqımızın şəhərsalma mədəniyyətinin 5000 illik tarixə malik olduğunu qeyd edən natiq bildirib ki, Azərbaycan memarlıq məktəbinin nümayəndələri tarixdə Uzaq Şərqdən Kordovaya qədər nadir memarlıq nümunələri yaradıblar.
E.Qasımzadə ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin bir sıra mühüm hadisələrlə, o cümlədən memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 və Azərbaycan Memarlıq İttifaqının yaradılmasının 90 illiyi ilə əlamətdar olduğunu diqqətə çatdırıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və Ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova çıxışında qeyd edib ki, şəhərsalma sahəsi dünyada sürətli transformasiya mərhələsindən keçir. Onun sözlərinə görə, hazırda dünya əhalisinin təxminən 51 faizi şəhərlərdə yaşayır və BMT-nin proqnozlarına əsasən bu göstəricisinin 2050-ci ilə qədər 68 faizə çatacağı gözlənilir. Azərbaycanda da urbanizasiya prosesi davam edir.
YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov çıxışında Azərbaycanda memarlıq ənənələrinin inkişafı barədə fikirlərini bildirib. O qeyd edib ki, ölkəmizin zəngin memarlıq irsi həm tariximizi, həm də mədəni dəyərlərimizi nümayiş etdirir. Memarlıq abidələrinin qorunması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın ümdə vəzifələrindən biridir. Tahir Məmmədov, həmçinin müasir şəhərsalma layihələrinin milli ənənələrlə uzlaşmasının əhəmiyyətini vurğulayıb.
Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

