Bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət
24.02.2026 [18:25]
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 34 il ötür. Hər il xalqımız bu faciəni böyük kədər hissi ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Artıq altı ildir ki, Xocalı soyqırımının ildönümü fərqli şəkildə anılır. Çünki 2020-ci ildə rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizə yazdığı Zəfər 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan olan torpaqlarımızı tarixi sahibinə qovuşdurdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan silahlı birləşmələri diz çökdü. Xocalı soyqırımı qurbanlarının, həmçinin bütün şəhidlərimizin qisası alındı.
Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə ucaltdı. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri sırasında Xocalının da yer alması hər birimizi qürurlandırır. Bu günədək cənab İlham Əliyevin Xocalıya 11 səfəri olub. Xocalı şəhəri ilk sakinlərini 2024-cü ilin 28 may tarixində qarşıladı. Qısa müddət şəhərdə görülən işlər soydaşlarımızın bu torpaqlara qayıdışı ilə müşayiət olunur. Xocalı şəhəri və kəndlərinin məskunlaşması davam edir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə cəmi 881 ailə, 3602 nəfər köçürülüb.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva 2024-cü il mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Dövlətimizin başçısı sakinlərlə söhbəti zamanı bildirdi ki, Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək.
Təbii ki, bu gün bu qüruru yaşamaqla yanaşı, həqiqətlərimizin təbliği istiqamətində səylərimizi də artırırıq. Ermənilərin tarixin ayrı-ayrı dövrlərində himayədarlarının dəstəyi ilə törətdikləri soyqırımı və deportasiya siyasətini əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq hər zaman qarşımızda dayanan əsas vəzifələrdəndir. Reallıq budur ki, Xocalı faciəsi erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kuliminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Xocalı faciəsinin soyqırımı kimi tanıdılması yönümündə atılan addımların miqyasının genişliyi göz önündədir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Həmçinin Ümummilli Lider 1997-ci ildə hər il fevralın 26-sı saat 17.00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanlar imzalayıb. Son 22 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə addımları davamlılığı ilə diqqətdədir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində baş tutub. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq. Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq. Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq.
Dövlətimizin başçısı İlham Əliyevin Xocalı şəhərinə köçən ilk sakinlər ilə görüşündə böyük qürur hissi ilə səsləndirdiyi “Çox gözəl tarixi bir hadisədir. Tarixi günləri yaşayırıq” fikirləri özündə bütün məqamları ehtiva etdi. Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır, dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Fevral 23:27
Maraqlı
24 Fevral 23:20
Dünya
24 Fevral 22:40
Dünya
24 Fevral 22:16
Dünya
24 Fevral 21:55
Dünya
24 Fevral 21:23
Maraqlı
24 Fevral 20:41
Dünya
24 Fevral 20:19
Dünya
24 Fevral 19:53
Dünya
24 Fevral 19:32
YAP xəbərləri
24 Fevral 19:18
Xəbər lenti
24 Fevral 19:05
YAP xəbərləri
24 Fevral 18:32
YAP xəbərləri
24 Fevral 18:25
YAP xəbərləri
24 Fevral 17:57
Xəbər lenti
24 Fevral 17:38
YAP xəbərləri
24 Fevral 17:32
Sosial
24 Fevral 17:10
YAP xəbərləri
24 Fevral 16:58
YAP xəbərləri
24 Fevral 16:47
Dünya
24 Fevral 16:21
İqtisadiyyat
24 Fevral 16:01
YAP xəbərləri
24 Fevral 15:57
Dünya
24 Fevral 15:40
Gündəm
24 Fevral 15:30
YAP xəbərləri
24 Fevral 15:27
Maraqlı
24 Fevral 14:59
Gündəm
24 Fevral 14:48
Dünya
24 Fevral 14:48
YAP xəbərləri
24 Fevral 14:33
Dünya
24 Fevral 14:22
Dünya
24 Fevral 13:45
Dünya
24 Fevral 13:17
Dünya
24 Fevral 12:56
YAP xəbərləri
24 Fevral 12:46
Analitik
24 Fevral 12:35
Sosial
24 Fevral 12:35
Sosial
24 Fevral 12:33
Dünya
24 Fevral 12:20
Sosial
24 Fevral 12:02
Sosial
24 Fevral 11:58
Hadisə
24 Fevral 11:57
İqtisadiyyat
24 Fevral 11:56
İqtisadiyyat
24 Fevral 11:55
Gündəm
24 Fevral 11:48
Siyasət
24 Fevral 11:31
Siyasət
24 Fevral 11:19
Siyasət
24 Fevral 11:13
Gündəm
24 Fevral 10:55
Gündəm
24 Fevral 10:31
İqtisadiyyat
24 Fevral 10:17
Analitik
24 Fevral 09:53
Analitik
24 Fevral 09:30
Analitik
24 Fevral 09:15
Gündəm
24 Fevral 08:57
Gündəm
24 Fevral 08:32
Gündəm
24 Fevral 08:11
Siyasət
24 Fevral 07:35
Dünya
23 Fevral 23:36
Dünya
23 Fevral 23:19
Dünya
23 Fevral 22:57
Xəbər lenti
23 Fevral 22:45
YAP xəbərləri
23 Fevral 22:31
İdman
23 Fevral 22:15
Dünya
23 Fevral 21:53
Dünya
23 Fevral 21:39
Dünya
23 Fevral 21:25
YAP xəbərləri
23 Fevral 21:17
Dünya
23 Fevral 20:52
Siyasət
23 Fevral 20:36

