/ / Qaradağ rayonunda “Xocalı soyqırımı – insanlığa qarşı ağır cinayət” mövzusunda dəyirmi masa keçirilib
Qaradağ rayonunda “Xocalı soyqırımı – insanlığa qarşı ağır cinayət” mövzusunda dəyirmi masa keçirilib
24.02.2026 [18:32]
2026-cı il fevralın 24-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Heydər Əliyev Mərkəzi ilə birgə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – insanlığa qarşı ağır cinayət” mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi masada YAP Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin rəhbərliyi və əməkdaşları, “Həqiqət Tarixi Araşdırmalar” İctimai Birliyinin və “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədrləri, şəhid ailələrinin üzvləri, partiya fəalları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində 7 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan dəyirmi masada Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov bildirib ki, Azərbaycan xalqı Xocalıda erməni separatçıları tərəfindən qətlə yetirilmiş yüzlərlə soydaşımızın xatirəsini daim əziz tutur və onları ehtiramla yad edir. O qeyd edib ki, məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib və artıq dünyanın 20-dən çox ölkəsinin parlamenti tərəfindən bu faciəni pisləyən qətnamələr qəbul olunub. Sədr müavini xatırladıb ki, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edilib, Ulu Öndərin 1997-ci il fevralın 25-də imzaladığı Fərmana əsasən isə hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ölkə üzrə bir dəqiqəlik sükutla yad olunur.
Faiq Qurbanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, bu təşəbbüs nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımının mahiyyəti barədə daha geniş məlumatlandırılıb. Qeyd olunub ki, Bakıda, respublikamızın müxtəlif bölgələrində və dünyanın bir sıra ölkələrində Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb ki, bu da faciə qurbanlarının müqəddəs xatirəsinə göstərilən ehtiramın bariz nümunəsidir. O, həmçinin bildirib ki, qanlı faciədən 28 il sonra — 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Xocalı qurbanlarının qisası alınıb. Qaradağ rayonunda məskunlaşmış Xocalı sakinlərinin Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdışının uğurla davam etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, bu faciəni törədən şəxslərin bir qisminin ədalət mühakiməsi qarşısında cavab verməsi Azərbaycan dövlətinin prinsipial mövqeyini nümayiş etdirir. Faiq Qurbanov Prezident İlham Əliyevin 2025-ci il fevralın 19-da Xocalıda yerli sakinlərlə görüşündə bu məsələyə xüsusi toxunduğunu qeyd edib və vurğulayıb ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməməli, gələcək nəsillər bu həqiqətlər barədə daim məlumatlandırılmalıdır.
Dəyirmi masada çıxış edən “Həqiqət Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri Əlövsət Qasımov Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan fəaliyyət barədə danışıb. O, 1991-ci ildə Naxçıvanda Ümummilli lider Heydər Əliyevlə görüşünü, erməni əsirliyində olan azərbaycanlıların məhz Ulu Öndərin tapşırığı ilə dəyişdirilməsi ilə bağlı xatirələrini bölüşüb. Əlövsət Qasımov erməni vandalizmi və soydaşlarımıza qarşı törədilmiş vəhşiliklər haqqında məlumat verərək, bu həqiqətlərin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb və müəllifi olduğu foto materialları tədbir iştirakçılarına təqdim edib.
“Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova çıxışında mərhum deputat, tanınmış jurnalist Qənirə Paşayeva ilə birlikdə Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdikləri layihələr və müəllifi olduğu sənədli nəşrlər barədə ətraflı məlumat verib. O, müəllifi olduğu kitabları Qaradağ rayon Heydər Əliyev Mərkəzinə hədiyyə edib.
Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva çıxışında bildirib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. O qeyd edib ki, erməni separatçıları azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirməyə çalışsalar da, onların bu planları iflasa uğradı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Bu gün Azərbaycan dünyada qalib dövlət kimi tanınır.
Tədbirdə çıxış edən Qaradağ rayonu Ağsaqqallar Şurasının sədri, jurnalist Ramin Məmmədov, şəhid anası Leyla Musayeva, YAP fəalları, ABŞ Psixoloqlar Assosiasiyasının üzvü Rəna Haqverdiyeva və 195 nömrəli məktəbin müəllimi Gözəl Həsənova bildiriblər ki, Xocalıda həlak olan şəhidlərin ruhu bu gün şaddır. Çünki uzun illər düşmən işğalı altında qalan torpaqlar artıq azaddır və öz həqiqi sahiblərinə qovuşub. Qeyd olunub ki, “Dəmir yumruq” artıq bütün dünyada Azərbaycan xalqının birlik və həmrəyliyinin rəmzinə çevrilib.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

