Azərbaycanın enerji siyasətinin strateji əhəmiyyəti
06.03.2026 [14:17]
Azərbaycan son illərdə həyata keçirdiyi böyük enerji layihələri sayəsində regionun aparıcı enerji təchizatçılarından birinə çevrilib. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu dəhliz vasitəsilə Azərbaycan qazı müxtəlif ölkələrə çatdırılır və Avropada enerji mənbələrinin şaxələndirilməsinə ciddi töhfə verir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclası beynəlxalq enerji əməkdaşlığının müzakirə olunduğu mühüm platformalardan biri kimi diqqət çəkdi. Bu toplantılarda Cənab Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini, xüsusilə də qaz təchizatının şaxələndirilməsi və region ölkələri ilə enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini ön plana çıxardı. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, qaz təchizatının şaxələndirilməsi həm istehsalçı, həm də istehlakçı ölkələr üçün strateji əhəmiyyət daşıyır. Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin iqtisadi sabitliyinin və dayanıqlı inkişafının əsas sütunlarından biri hesab olunur. Bu baxımdan, müxtəlif mənbələrdən enerji əldə etmək və alternativ marşrutlar yaratmaq ölkələrin enerji risklərini azaltmağa kömək edir.
Enerji təminatı istənilən ölkənin inkişafında həlledici rol oynayır. Elektrik enerjisi olmadan sənaye müəssisələrinin fəaliyyəti, biznes mühiti və sosial infrastrukturun normal işləməsi mümkün deyil. Buna görə də qaz təchizatı vasitəsilə elektrik istehsalının artırılması Suriyanın iqtisadi və sosial həyatına müsbət təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev qeyd etdi ki, qaz idxal edən ölkələr enerji mənbələrinin şaxələndirilməsi zamanı müəyyən çətinliklərlə üzləşirlər. Lakin bu proses yalnız istehlakçı ölkələr üçün deyil, həm də istehsalçı ölkələr üçün vacibdir. İstehsalçı ölkələr müxtəlif bazarlara çıxış əldə etməklə enerji ixracını genişləndirir və iqtisadi dayanıqlığını gücləndirirlər. Bu baxımdan Azərbaycan yeni bazarlara çıxış imkanlarını genişləndirməklə yanaşı, enerji nəqli infrastrukturlarını da inkişaf etdirir. Bu siyasət həm ölkənin iqtisadi gəlirlərini artırır, həm də regionda enerji əməkdaşlığını gücləndirir.
Toplantıda yalnız qaz layihələri deyil, həm də bərpa olunan enerji mənbələrinin inkişafı məsələsi geniş müzakirə edildi. Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclası çərçivəsində Azərbaycan regionda yaşıl enerji layihələrinin həyata keçirilməsi istiqamətində atılan addımlar barədə məlumat verdi. Azərbaycan günəş, külək və digər bərpa olunan enerji mənbələrinin inkişafına böyük diqqət ayırır. Xüsusilə Xəzər dənizində külək enerjisi potensialı ölkənin gələcək enerji strategiyasında mühüm yer tutur. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yeni layihələrin reallaşdırılmasına imkan yaradır.
Azərbaycan enerji siyasətində həm ənənəvi enerji resurslarının, həm də bərpa olunan enerji mənbələrinin inkişafına paralel şəkildə xüsusi diqqət yetirir. Prezident çıxışında qeyd edib ki, dünyanın ən qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının Azərbaycanın strateji tərəfdaşı kimi çıxış etməsi ölkənin enerji planlarının həyata keçirilməsini daha da real edir. ABŞ və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq uzun illərdir davam edir və bu əməkdaşlıq regionun enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi böyük enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi, Avropa və region ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. ABŞ da bu layihənin reallaşmasında və regionda enerji sabitliyinin təmin edilməsində Azərbaycanın mühüm tərəfdaşlarından biri kimi çıxış edir.
Azərbaycan enerji strategiyasının mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yeni layihələrin həyata keçirilməsidir. Prezident İlham Əliyev bildirib ki, bu ərazilərdə hidroelektrik stansiyalarının tikintisinə böyük sərmayələr yatırılır. Artıq 307 meqavat gücündə hidroelektrik stansiyalar ölkənin enerji sisteminə qoşulub. Bu stansiyalar əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa olunub. Növbəti 2–3 il ərzində bu gücün təxminən iki dəfə artırılması planlaşdırılır.
Azərbaycan yalnız hidroenerji ilə kifayətlənmir, eyni zamanda günəş və külək enerjisi sahəsində də iri layihələr həyata keçirir. Ölkə coğrafi mövqeyinə görə böyük bərpa olunan enerji potensialına malikdir. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda böyük külək enerjisi potensialı mövcuddur. Bundan əlavə, ölkənin müxtəlif bölgələrində günəş enerjisi layihələri həyata keçirilir və beynəlxalq şirkətlərlə əməkdaşlıq genişlənir. Bu istiqamətdə məqsəd Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmaq və ekoloji cəhətdən daha təmiz enerji istehsalını təmin etməkdir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan gələcəkdə termal enerji potensialını da araşdırır. Bu istiqamətdə aparılan tədqiqatlar ölkənin enerji strategiyasının daha da şaxələndirilməsinə xidmət edir. Enerji sektorunda müxtəlif mənbələrin birgə istifadəsi – hidroenerji, günəş, külək, termal və qaz resursları – Azərbaycanın enerji sistemini daha dayanıqlı və çevik edir. Bu model həm daxili tələbatı ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradır. Prezident vurğulayıb ki, əgər dünya yalnız alternativ enerji mənbələrinə əsaslanaraq ənənəvi enerji resurslarını nəzərə almasa, bu, real iqtisadi və enerji tələblərinə uyğun olmayacaq. Bu baxımdan Azərbaycan həm ənənəvi enerji resurslarını inkişaf etdirir, həm də bərpa olunan enerji layihələrini paralel şəkildə həyata keçirir.
Azərbaycanın həyata keçirdiyi enerji siyasəti yalnız ölkə daxilində deyil, həm də regional və qlobal miqyasda mühüm təsirə malikdir. Enerji resurslarının şaxələndirilməsi, yeni nəqli marşrutlarının yaradılması və yaşıl enerji layihələrinin inkişafı Azərbaycanın enerji sektorunda uzunmüddətli strategiyasının əsas elementlərini təşkil edir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər göstərir ki, Azərbaycan enerji sektorunda uzunmüddətli və realist strategiya həyata keçirir. Hidroenerji, günəş və külək enerjisi kimi bərpa olunan mənbələrin inkişafı ilə yanaşı, qaz resurslarının da səmərəli istifadəsi ölkənin enerji təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, xüsusilə ABŞ kimi strateji tərəfdaşların dəstəyi Azərbaycanın enerji layihələrinin uğurla həyata keçirilməsinə əlavə imkanlar yaradır. Bütün bu addımlar ölkənin enerji sektorunun gələcək inkişafını təmin etməklə yanaşı, regionun enerji təhlükəsizliyinə də mühüm töhfə verir.
Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

