Qlobal çağırışlar fonunda Azərbaycanın mövqeyi
16.03.2026 [13:57]
Müasir dünya mürəkkəb geosiyasi dəyişikliklər mərhələsindən keçir. Münaqişələr, siyasi qarşıdurmalar və beynəlxalq münasibətlər sistemində yaranan yeni gərginliklər qlobal təhlükəsizlik arxitekturasını ciddi sınaq qarşısında qoyur. Belə bir dövrdə İlham Əliyevin Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı həm regional, həm də qlobal miqyasda mühüm siyasi mesajlarla yadda qaldı.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu mötəbər forum artıq dünyanın aparıcı siyasətçilərini, diplomatlarını və ekspertlərini bir araya gətirən nüfuzlu beynəlxalq platformaya çevrilib. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində formalaşdırdığı strateji baxışın aydın ifadəsi oldu.
Prezident İlham Əliyev çıxışında bir daha diqqətə çatdırdı ki, Azərbaycan uzun illər ərzində işğal olunmuş ərazilərinin azad edilməsi məsələsində diplomatik yolları üstün tutub. Lakin beynəlxalq vasitəçilik mexanizmlərinin nəticəsiz qalması və bəzi dairələrin qeyri-obyektiv mövqeyi münaqişənin həllini uzadan əsas amillərdən biri oldu. Belə bir şəraitdə Azərbaycan xalqı və dövləti öz hüquqlarını təmin etmək üçün qətiyyətli mövqe nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan işğal altındakı torpaqlarını hərbi-siyasi gücü hesabına azad etdi, lakin bununla yanaşı regionda sülhün bərqərar olması üçün siyasi dialoqa üstünlük verdi. Bu, Azərbaycanın yalnız güclü dövlət deyil, eyni zamanda məsuliyyətli regional aktor olduğunu nümayiş etdirən mühüm yanaşmadır.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın müharibədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi idi. Azərbaycan regionda uzunmüddətli sabitliyin təmin olunması üçün sülh sazişinin imzalanmasını vacib hesab edir və bu istiqamətdə ardıcıl diplomatik fəaliyyət aparır. Azərbaycanın mövqeyi sadə və aydındır: regionda davamlı sülh yalnız qarşılıqlı hörmət, suverenliyin tanınması və beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması ilə mümkündür. Bu yanaşma həm də Azərbaycanın regional əməkdaşlıq modelinə verdiyi önəmi göstərir.
Dövlət başçısı forumdakı çıxışında beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəsizliyinə də toxunaraq açıq şəkildə bildirdi ki, uzun illər davam edən danışıqlar prosesində bəzi vasitəçilər problemi həll etməkdən daha çox onu dondurulmuş vəziyyətdə saxlamağa çalışırdı. Məhz buna görə Azərbaycan “qırnaqarası vasitəçilik” modelindən imtina edərək ikitərəfli dialoq formatına üstünlük verdi. Bu yanaşma tərəflərin birbaşa təmaslar qurmasına və real nəticələr əldə etməsinə imkan yaratdı. Prezidentin vurğuladığı kimi, üçüncü tərəflərin təsirindən kənar, birbaşa aparılan danışıqlar sülh prosesinin irəliləməsi üçün daha effektiv platforma oldu.
XIII Qlobal Bakı Forumunda səslənən fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Azərbaycan bu gün yalnız regionun enerji və nəqliyyat mərkəzi deyil, həm də dialoq və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır. Prezident İlham Əliyevin çıxışı dünya ictimaiyyətinə mühüm bir mesaj verdi: münaqişələrin həlli üçün siyasi iradə, ədalət və real dialoq əsas şərtdir.
XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müasir dünya siyasətində tutduğu mövqenin aydın ifadəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın təcrübəsi göstərir ki, dövlətlərin gücü yalnız hərbi və iqtisadi potensialla ölçülmür. Əsas güc milli iradə, prinsipial mövqe və ədalətli siyasət yürütmək bacarığıdır. Məhz bu yanaşma sayəsində Azərbaycan bu gün həm regionda, həm də qlobal miqyasda sülh və əməkdaşlıq ideyalarının fəal təşviqçisi kimi çıxış edir.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

