Yaddaşlarda yaşadılan gün
31.03.2026 [13:35]
108 il bundan əvvəl, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsi hər zaman ehtiramla anılır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün yaddaşlarda saxlanılır.
Tarix şahiddir ki, Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.
1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.
Qeyd edək ki, uzun illər boyu sovet rejiminin təzyiqi altında bu soyqırım və deportasiya tarixinin ilk üç mərhələsi haqqında danışmaq qadağan edilmişdi. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həqiqətlərin üzə çıxarılması üçün addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzaladı. Fərmanda deyilirdi: “Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.
1998-ci il martın 26-da isə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi. XIX-XX əsrlərdə ermənilərin xalqımıza qarşı yürütdüyü qəsbkarlıq, soyqırımı və deportasiya siyasətinin əsl mahiyyətinin amıldığı həmin Fərmanda deyilir: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
1998-ci ildən başlayaraq hər il mart ayının sonuncu günü Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Mütəmadi şəkildə dövlət başçısı tərəfindən xalqımıza müvafiq müraciət ünvanlanır, soyqırımının yubiley tarixləri xüsusi sərəncamla tarixiləşdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soyqırım Günü ilə bağlı 2005-ci il martın 29-da etdiyi müraciətdə deyilirdi: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.
2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Silahlı Qüvvələri ilə bir yumruq kimi birləşən xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında iki əsrlik düşmən məkrini ifşa və məhv edərək, ermənilərin torpaqlarımıza təcavüzünün son mərhələsində işğal etdikləri bütün torpaqlarımızı azad etdi. Ermənilər və havadarları XX əsrdə xalqımıza qarşı törətdikləri bütün cinayətlərin layiqli cavabını döyüş meydanında artıqlaması ilə aldılar. İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrın 19-20-dəki bir günlük lokal antiterror əməliyyatı ilə son iki əsrdə ilk dəfə Azərbaycan öz tarixi torpaqlarını erməni işğalından qurtararaq əslində soyqırımı və deportasiya tarixinin davam etməsinin nəinki birdəfəlik qarşısını aldı, hətta bu tarixin axarını da müəyyən mənada əks istiqamətə çevirmiş oldu.
Müdrik xalqımız tarixin müxtəlif dövrlərində özünə qarşı amansızcasına törədilən qanlı cinayətləri, soyqırımı və deportasiya tarixini heç zaman unutmur, daim özünün qan yaddaşında saxlayır. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətlər real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırılır. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü xalqımızın birliyini, mübarizə əzmini və ədalət axtarışını daha da gücləndirən bir tarix kimi yaddaşlarda yaşadılır.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

